Çingiz Qənizadə Şeyxin qudasına qarşı şikayətini geri götürdü
Tarix: 12-10-2017 | Saat: 10:24
Bölmə:Karusel / Gündəm | çapa göndər
Millət vəkili Çingiz Qənizadənin sabiq deputat, Şeyxülislam Hacı Allahşükür Paşazadənin qudası Hacı Qalib Salahzadəyə qarşı xüsusi ittiham qaydasında şikayətini geri götürüb.
Bu barədə APA-ya Ç. Qənizadənin vəkili Raqif Mustafayev məlumat verib. O deyib ki, Q. Salahzadə Ç. Qənizadənin məhkəməyə müraciət etməsindən sonra mətbuatda işlətdiyi sözlərdən imtina edib və buna görə də Ç. Qənizadə şikayətini geri götürmək barədə qərara gəlib: "Çingiz müəllim gördü ki, bu qeyri-ciddi adamdır, ona görə belə bir adamı məhkəməyə verməyə dəyməz dedi".
Qeyd edək ki, Ç. Qənizadə Qalib Salahzadənin Cinayət Məcəlləsinin 147.1 (Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma) maddəsi ilə ittiham olunması üçün məhkəməyə müraciət edib.
Buna səbəb son vaxtlar Q. Salahzadənin Ç. Qənizadəyə qarşı mətbuatda ittihamlar səsləndirməsidir.
Şikayətə Sabunçu Rayon Məhkəməsində baxılırdı.
Xəbəri paylaş
6698 dəfə oxunub.
Digər xəbərlər

15-07-2021, 21:49
Qatarların hərəkətində fasilə yarandı - Metroda insident
2-09-2017, 22:55
Fındıq bağlarında yanğın
29-10-2022, 15:22
Azərbaycanda qeyri-sabit hava şəraitinin bitəcəyi tarix açıqlanıb
13-09-2016, 15:16
"Bədənini bıçaqla, sümüklərini isə mişarla doğradım" - Sevgilisi ilə birləşib ərini öldürən qadın
25-09-2022, 14:33
Məşhur türkiyəli kardioloqdan resept: Çaya kərə yağı əlavə edin
25-09-2016, 19:38
Qərb bu prezidentlərin milyardlarını belə mənimsəyir
28-04-2016, 01:36
Sosial evlər harada tikiləcək? - Video
31-08-2021, 11:04
Sahibə Qafarova ilə bağlı İLGİNC FAKT: Seçkidə vəd versə də... - İndi seçiciləri ONU AXTARIR...
1-10-2018, 14:07
"Vüqar meyxanadan getsin, özünü nüfuzdan salıb" - Namiq