“Uşaq rifahının yüksəldilməsində sosial işin əhəmiyyəti” mövzusuna həsr edilmiş illik konfrans keçirilmişdir.
Tarix: 11-12-2017 | Saat: 17:19
Bölmə:Karusel / Gündəm | çapa göndər
Azərbaycan Sosial İş İctimai Birliyi (AZSİİB) hər olduğu kimi cari ilin dekabr ayının 8-də il ərzində sosial iş sahəsində gördüyü işlərin yekunu ilə bağlı konfrans təşkil etmişdir. Bu ilki konfransın mövzusu Azərbaycanda uşaq rifahının yüksəldilməsində sosial işin rolunu ictimaiyyətə çatdırmaqdır. Konfransda dölət strukturlarının rəhbər nümayəndə heyətləri, universitetlərin sosial iş proqramlarının rəhbərləri, müəllim heyəti, social iş tələbələri və sosial iş məzunlarını işəgötürən QHT-lər və xüsusi qonaq ABŞ-ın Vaşinqton Universitetinin professoru cənab Maykl Şeradenin iştirak etmişdir. Qeyd etmək istiyik ki, cənab Şeraden sosial iş və sosial siyasət sahəsində dünya şöhrətli alimdir və ABŞ Prezidenti Bill Klintonun sosial məsələlər üzrə müşaviri olmuşdur. O, ADA Universitetinin dəvəti ilə Azərbaycanda səfərdədir.
Konfrans AZSİİB-in NTK üzvü Rəna Hüseynovanın birlik haqqında ətraflı məlumatları iştirakçılara çatdırması ilə başladı. Daha sonra Azərbaycanda uşaq rifahının vəziyyəti haqqında BMT-nin Uşaq Fondunun Ölkə Nümayəndəsinin Müavini xanım Min Yuan konfrans iştirakçılarına məruzə etmişdir. Vaşinqton Universitetinin professoru Dr. Maykl Şerraden uşaq yoxsulluğunun aradan qaldırılmasında Uşaq İnkişaf (Qənaət) Hesablarının (UİH) rolu haqqında ətraflı çıxış etmişdir. Həmçinin Çikaqo Universitetinin professoru Dr. Leyla İsmayılova müəssisədə olan uşaqların ailələrinə qaytarılması üzrə aparılan kefiyyət tədqiqatının nəticələri və ailə yönümlü startegiyaların növü ilə bağlı çıxış edərək Azərbaycanda övladlığa verilən uşaqların ailəyə adaptasiyasında problemlərin olduğunu qeyd etmişdir. Həmçinin Təhsil Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin rəhbər nümayəndə heyətinin üzvləri, SOS Uşaq Kəndləri Azərbaycan Təşkilatının Ölkə Direktoru Rəşad Hüseynov da spiker kimi çıxış etmişdirlər. AZSİİB-in icraçı direktoru Lamiyə Rzayeva 1 il ərzində görülən işlər barəsində məlumat vermiş və AZSİİB-in sədri Aytəkin Hüseynlinin Azərbaycanda uşaq nigahlarının səbəbləri və onların aradan qaldırılması yolları mövzusunda təqdimatla çıxış etmişdir.
Əlavə məlumat üçün Azərbaycan Sosial İş İctimai Birliyinin İctimai Əlaqələr üzrə Koordinatoru Xanbala Əhmədli ilə əlaqə saxlaya bilərsiniz. Telefon: (+99451) 503 03 06, [email protected]
Xəbəri paylaş
8068 dəfə oxunub.
Digər xəbərlər

8-03-2022, 15:01
Sabah hava necə olacaq?
15-02-2016, 11:55
Mahsun Kırmızıgül evləndi – FOTO
2-12-2016, 17:32
İlham Əliyev: "Roma Papası Bakıdan dünyaya mesaj göndərdi"
11-03-2015, 23:16
Nazir ağac əkdi - FOTO
24-09-2015, 00:45
Dövlət Neft Fondu Yaponiyada 418 milyonluq ofis aldı
17-02-2016, 18:36
Əxlaq müəllimindən əxlaqsız hərəkət
13-07-2019, 15:20
O deputata medal yox, "pedal" vermək lazımdır
13-06-2020, 12:41
Azərbaycanlı general Prezidentə məktub yazdı
24-07-2018, 16:29
Yeni müsəlman muxtariyyəti yaradılır
24-12-2015, 17:28
Putin tapşırıq verdi: Kadırovun neft şirkəti olacaq