Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
<>
Zövqünüzü oxşayacaq müxtəlif növ türk qızıllarının tam zəmanətlə satışı.Ünvan:X.Dostluğu,Laçın uni.,3mərtəbə,2nömrəli polka. Metrolara çatdırılma mümkündür.050-572-11-88 ⬇⬇⬇
Əlaqə üçün: .050-572-11-88 ⬇ (WhatsApp) ➡@qizilinsatisi_st_gold
Jurnalistlər binasından mənzil veriləcəyi vədi ilə iki nəfərə qarşı 75 min manatlıq dələduzluq edilib
Tarix: 13-02-2018, 12:42 | Saat: 15:47:00
Bölmə:Karusel / Gündəm | çapa göndər



Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Zaman Press" qəzetinin baş redaktoru Gündüz Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Sveta Qarayeva dindirilib.
O bildirib ki, həyat yoldaşı Bayram İsmayılov cinayət işi üzrə zərərçəkmiş qismində tanınıb: "Yoldaşım rəhmətə gedib. Gündüz Hüseynov ərimdən 33 min manat pul alıb. O, ərimə ev alacağı vədi vermişdi. Həyat yoldaşım taksi sürməklə məşğul olurdu".
Hakimin suallarını cavablandıran şahid qeyd edib ki, G.Hüseynov onun mərhum həyat yoldaşına saxta jurnalist vəsiqəsi verib: "O, pulu yoldaşımdan aldı ki, jurnalistlərə tikilən mənzildən ev alacaq. Jurnalistlərə mənzil veriləndə bildik ki, Gündüz bizi aldadıb. Sonra ona zəng çatmadı. Ərim pulları Gündüzə natarius qaydada verib".
Daha sonra digər şahid Xalidə İsmayılova ifadə verib. O, "Zaman Press" qəzetində çalışdığını, qəzetin rəhbəri G.Hüseyova 42 min manat pul verdiyini bildirib: "Qəzetdə 6 ay çalışdım. Rəhmətlik anamın adından qəzetə yazılar verirdim. Anam məktəbdə dərs deyirdi. Gündüz Hüseynov mənə jurnalistlərə verilən mənzildən ev alacağı vədi verdi. Ona 42 min manat pul da verdim, lakin sözünə əməl etmədi".
X.İsmayılova dindirilən zaman müğənni də olduğunu söyləyib.
G.Hüseyova şahidin ifadəsi ilə bağlı sual verilib, lakin o, suallara cavab vermək istəməyib.
Daha sonra G.Hüseynov qadının pullarını Xəyyam İsmayılovun "yediyini" deyib: "Məni KİV-in Həmkarlar İttifaqının sədri Çingiz Qurbanov "İlin adamı" və "İlin jurnalisti" seçib. Xalidə xanım başsız qadındır, onun iki körpəsi var. Onun ifadəsinə yalnız Xəyyam məhkəmədə dindiriləndən sonra cavab verəcəm. Xalidə mənə pul verməyib".
Məhkəmənin növbəti iclası fevralın 20-nə təyin edilib.
İttiham aktına əsasən, G.Hüseynov öz içilərinin 264 min manatdan artıq pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinir.
Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2-ci (iştirakçılığın növləri, rüşvət vermə, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə ittiham irəli sürülüb.

2318 dəfə oxunub.
<>
Zövqünüzü oxşayacaq müxtəlif növ türk qızıllarının tam zəmanətlə satışı.Ünvan:X.Dostluğu,Laçın uni.,3mərtəbə,2nömrəli polka. Metrolara çatdırılma mümkündür.050-572-11-88 ⬇⬇⬇
Əlaqə üçün: .050-572-11-88 ⬇ (WhatsApp) ➡@qizilinsatisi_st_gold

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:
5+17-2=
Cavabınız:*
 

Anket

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
bütün xəbərlər
«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
____ Instagram ___