Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°

" Aşıq Şəmşir" Mədəniyyət ocağı Dədə Şəmşirin vəfatının 38-ci ildönümü ilə əlaqədar tədbir keçirib
Tarix: 13-02-2018 | Saat: 13:00
Bölmə:Karusel / Gündəm / Foto-fakt | çapa göndər



Xəbəraz.Az xəbər verir ki,10 Fevral 2018-çi il tarixinda " Aşıq Şəmşir" Mədəniyyət ocağı Dədə Şəmşirin vəfatının 38-çi ildönümü ilə əlaqədar ustad sənətkarın Göygöl rayonundakı abidəsi önündə anım tədbiri keçidi. "Aşıq Şəmşir" Mədəniyyət ocağının sadr müavini Həbib Misirov bildirdi ki, Əməkdar incəsənət xadimi, Şərəf ordenli Dədə Şəmşir (1893-1980) 1893-cü ildə Kəlbəcərin Dəmirçidam kəndində görkəmli el sənətkarı, şair Qurbanın ailəsində dünyaya gəlib. Söz –sənət tariximizdə Ağdabanlı Qurban adı ilə qalan bu ustad aşıq və tanınmış el şairi aşıq Ələsgərin müasiri olmuş, onların yaxın ünsiyyətindən, dostluq əlaqələrindən bir sıra deyişmələri yadigar qalmışdır. Aşıq Ələsgər və Ağdabanlı Qurban dövründə Kəlbəcər-Göyçə ədəbi mühitinin eyni ənənələr üzərində formalaşması, saz və söz sənətinin coğrafi hüdudsuzluğu ərazi etibarı ilə yaxın olan bu qonşu ellərin mənən də yaxın olmasına təbii şərait yaratmışdır. Belə bir mühitdə daxili dünyasını tapan Dədə Şəmşir verilmiş ilahi vəhyini bu ustadların və uluların təsiri ilə cilalanmış, çox keçmədən el yığıncaqlarında müstəqil məclislər aparan istedadlı saz şairinə çevrilmiş və dədəlik mərtəbəsinə qədər ucalmışdır. Əslində, Miskin Abdal nəslinin davamçısı olan Dədə Şəmşir aşıq-ozan sənətinin yeni havalar və havacatlar, qoşqular və düzgülər üzərində inkişafına məxsusi töhfələrini verərkən ədəbi-hüquqi varislik haqqını itirməmişdir. Kəlbəcər-Göyçə, Qarabağ-Gəncəbasar ellərində yaxşı tanınan Aşıq Şəmşiri bütün Azərbaycana daha yaxın tanıdan isə ölməz xalq şairimiz Səməd Vurğun olmuşdur. Aşıq Şəmşirlə tanışlıqdan sonra S.Vurğun öz təəssüratını mətbuat səhifələrinə çıxartmış, el şairinin şeirlərinin çap olunmasına qayğı göstərmişdir. Hatırlamaq yerinə düşər ki, Səməd Vurğunla Aşıq Şəmşirin məşhur deyişmələri həmin tarixi günlərin poetik ovqatını və təravətini hələ də saxlamaqdadır.
İlk dəfə musiqişünas Əminə Eldarova Aşıq Şəmşirin ifasında 75 aşıq havasını lentə köçürüb. İndi Azərbaycan Dövlət Radiosunun qızıl fondunda mühafizə olunan bəzi lent yazıları aşığın Əminə xanım tərəfindən 1958-ci ildə yazılan saz havalarıdır.
İndi həmin lent yazıları Azərbaycan Dövlət Radiosunun qızıl fondunda mühafizə olunur. Bu yaxınlarda isə həmin lent yazıları əsasında “Sevindim” adlı albomu işıq üzü görüb.
Dədə Şəmşır həm də bir neçə dastanların müəllifidir. Məhz “Cəlal və Minayə”, “Misir və Sənəm”, “Şəmşir və Sənubər” adlı dastanlar ustad sənətkara şöhrət gətirən əsərlərindəndir. Dədənin dördüncü dastanı “Calal və Şəkər” adlanır. Beşinci dastan “İrəvanlı Məhəmməd” və son dastanı böyük Azərbaycan şairi Səməd Vurğunun 1955-ci ilin avqust ayında Kəlbəcərə - İstisuya gəlişi ilə əlaqədar “Aşıq Şəmşirlə Səməd Vurğunun görüşü” adli dastanıdır. Dastan Dədənin ilk görüşündən başlayır və Səməd Vurğunun vəfatı ilə bitir. Adları qeyd edilən əsərlərdən qalanlar “Şəmşir və Sənubər” və “Aşıq Şəmşirlə Səməd Vurğunun görüşü” dastanlarıdır. Qalan dastanların əksəriyyəti ermənilər tərəfindən yandırılıb məhv edilmişdir. Geniş yaradıcılıq imkanlarına malik Dədənin səhnə əsərləri yazdığı da məlumdur. 1943-44 cü ildə yazdığı “Polad” pyesi və ikinci səhnə əsəri olan “Əsli və Kərəm” dastanı səhnələşdirmişdir.
Aşıq Şəmşirin “Şerlər” adlı ilk kitabı 1959-cu ildə “Akademiya” nəşriyyatı tərəfindən buraxılıb. Sonralar müəyyən fasilələrlə ustad sənətkarın “Qoşmalar” (Azərnəşr,1971), “Seçilmiş əsərləri” (Azərnəşr,1973), “Dağ havası” (Gənclik,1978), “Şerlər” (Yazıçı,1980), “Öyüdlər” (Ozan,1996) və s. kitabları işıq üzü ğörüb. Bu kitabların əsas naşiri qocaman saz-söz sənətkarına dərin rəğbət bəsləyən Əjdər Xanbabayev olmuşdur. Bundan əlavə Aşıq Şəmşirin həyat və yaradıcılığına həsr olunmuş bir neçə monoqrafik kitabın da adlarını göstərmək yerinə düşər: Osman Sarıvəlli: “Aşıq ürəkli şair, şair ürəkli Aşıq Şəmşir” (Elm,1973), Məmməd Aslan: “Saxla izimi, dünya”(İşıq,1989), “Dədə Şəmşir yaddaşlarda” (toplayıb tərtib edəni Qənbər Şəmşiroğlu, Gənclik,2000). “O Kürün, Arazın Tərtəriyəm mən” 2004, “Aşıq Şəmşirin poetik aləminə səyahət” (Sədnik Paşa Pirsultanlı) “Dədə öyüdləri” I və II cild 2014, “Aşıq Şəmşirin seçilmiş əsərləri” və s. kitabları çap olunub və olunmaqdadır. Eyni zamanda ustad sənətkarın poetik irsinə təhlili münasibət bildirən bir çox məqalə müəlliflərinin sırasında professor Mürsəl Həkimovun, Hüseyn Kürdoğlunun, İlyas Tapdığın, proffesor Məhərrəm Qasımlının, xalq şairi Zəlimxan Yaqubun, filologiya elmləri namizədi Elxan Məmmədlinin, Füzuli Ramazanoğlunun, İlham Məmmədlinin adlarını da xüsusilə çəkmək istərdik. 
 1992-ci ilin aprelində erməni quldurları Dədədə Şəmşirin doğma kəndi Ağdabanda əsl soyqırımı nümayiş etdirdilər. Ustad sənətkarın ən yaxın qohum-əqrabası amansızlıqla qətlə yetirildilər. Həmin dəhşətli günlərin kulminiyasiyası Dədə Şəmşirin Azərbaycandakı evinin yandırılması ilə tamamlandı. Bu ev muzeyinin çox dəyərli eksponatı olan 40 mindən artıq şeir nümunəsi də odlara qalanıb külə çevrildi. Ağdabanlı Qurbanın, Dədə Şəmşirin əski əlifba ilə yazılmış və əksəriyyəti çap olunmamış şeirləri də bu nümunələrlə birlikdə yandı: Ulu Öndər Heydər Əliyevin 2003-cü ildə Dədə Şəmşirin anadan olmasının 110 –cu ildönümünü geniş şəkildə keçirilməsi haqqında sərəncam imzaladı. Sərəncamla Göygöl rayonunda büstü ucaldıldı, Göy-göl rayon 7 illik müsiqi məktəbinə və rayonda küçələrdən birinə Dədə Şəmşirin adı verildi.
Həmçinin Xacmaz rayonunda yerləşən Şəxsiyyətlər parkında Dədə Şəmşirin büstü ucaldılıb.
Bakı şəhəri, Səbail rayonu, M.Hüseyn küç. ev 73, m. 1 ünavında “Aşıq Şəmşir” Mədəniyyət ocağının nəzdində yaradılmış Aşıq Şəmşirin xatirə muzeyində isə Miskin Abdaldan başlayıb Dədə Şəmşirin nəvələri ilə davam edən böyük aşıq nəsli ilə bilavasitə bağlı materiallar təqdim olunur. Muzey eyni zamanda Azərbaycan aşıq sənəti, o cümlədən peşəkar bəstəkarlıq məktəbi nümunələrinin qorunub saxlanmasını və inkişaf ənənəsini nümayiş etdirir. Muzey ekspozisiyasında Azərbaycan Aşıq sənətinin tarixi, qədimdə yaranan və çağdaş dövrümüzə qədər gəlib çıxan alətlər, şəxsi əşyalar, sənədlərlə tanış olmağa və aşıq musiqisini dinləməyə imkan yaradılıb.
Tədbirdə Kəlbəcər rayon uşaq inçəsınət məktəbinin kollektivi Dədə Şəmşirin şerlərin səsləndirdilər və sazda mahnıların ifa etdilər.




2968 dəfə oxunub.

Digər xəbərlər
Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:
47-20+5=
Cavabınız:*
 

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
bütün xəbərlər
«    Fevral 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728 
____ Instagram ___