Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
ZÖVQLÜ və DƏBLƏ geyinən BƏYLƏR ÜÇÜN Azərbaycanın ən Dəbli Geyim və Ayaqqabılarını Satan Online Satış Portalıyıq. Çatdırılma Gün Ərzində Sizə Münasib Vaxtlarda.. . Ölkə Xariçi Göndəriş Yalnız Bizdə. . Bütün Bölgələrə Çatdirilma 1 Günə. .
Əlaqə üçün: (055)-291-37-73 (WhatsApp) ➡@kisi_ayaqqabilari_baku
Deputatların yerinə niyə veteran futbolçular oynayıb? - Açıqlama
Tarix: 13-03-2018, 12:23 | Saat: 15:47:00
Bölmə:Karusel / Gündəm / İdman | çapa göndər



Deputat Fazil Mustafa Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 100 illik yubileyinə həsr olunan parlament komandalararası beynəlxalq futbol turnirinin final oyununda veteran futbolçulardan yararlanmaq məsələsi ilə  bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.
O, açıqlamasında qeyd edib ki, oyun zamanı əsasən iki veteran futbolçudan istifadə olunub: “Onlar da müqavilə ilə Milli Məclisdə işləyirlər.  Belə ki, müqavilə yolu ilə texniki işçi kimi parlamentdə işə götürüldüyündən həmin şəxslər Milli Məclisin kontingentinə daxil edilirlər.
Mən oyun zamanı peşəkar futbolçu kimi Hüseyn Məhəmmədov və Musa Qurbanovu görmüşəm. Qalanları isə tanımıram. Açığı desəm, aparat işçilərini elə də yaxından tanımıram, ancaq parlamentdə texniki işçi kimi işlədiklərini  görmüşəm. Əvvəlcədən də qarşı tərəfə məsələ bildirilərək siyahı təqdim olunmuşdu. Ukrayna tərəfində oynayanların da hamısı deputat deyildi. İçində keçmiş deputatlar  və  oyunçular da var idi. Belə oyunçular parlamentin aparatında müqavilə ilə işləyirlərsə, problem yaranmır. Keçən dəfə Türkiyədə oynayanda da eyni heyət idi. Türkiyənin  özü də siyahı barədə əvvəlcədən bizə bildirmişdi.  Onların da hamısı deputatlar deyildi”.
F.Mustafa vurğulayıb ki, oyunların maraqlı olması üçün belə addım atılır: “Nəzərə alsaq ki, bu oyunlar xüsusi həlledici əhəmiyyət daşımır.  Deputatlar peşəkar futbolçu deyillər. Böyük  meydançada futbol oynamaq da elə asan məsələ deyil. Milli Məclisdə 7-8 deputat var ki, onlar futbol oynaya bilirlər. Bu heyətlə mini futbol oynamaq mümkündür. Ancaq böyük  meydança olanda problem yaradır.  90 dəqiqə meydanda oynamağa hamının gücü çatmır. Buna görə də, müəyyən müddətdən sonra oyunçuların əvəzlənməsi məsələsi nəzərdə tutulur.
Ancaq prinsipcə mən konkret olaraq meydanda deputatların oynaması barədə razılığa gəlinməli olduğunu düşünürəm. O zaman bu formata mini futbol uyğun gəlir. Türkiyə parlametində 500 üzv var. Onlardan  11 nəfər üzvü meydana çıxartmaq mümkündür. Bizdə 125 nəfərin içindən qadın və yaşlıları çıxanda 7-8  nəfər futbol oynayan qalır. Ona görə də 7-8 nəfərlə mini futbol turnirlərini keçirmək  doğru seçim olardı. Final oyununda Ukraynadan  gələn 3-4 nəfər aparat işçisi var idi ki, onlar peşəkar futbolçu idilər. Onların yaşı da 25-27 arası idi. Bizdə isə əsasən futbolçu yaşı 40-45 yaş arası idi. Onların sürəti ilə 40 yaşındakının sürəti eyni deyil”.

4068 dəfə oxunub.
ZÖVQLÜ və DƏBLƏ geyinən BƏYLƏR ÜÇÜN Azərbaycanın ən Dəbli Geyim və Ayaqqabılarını Satan Online Satış Portalıyıq. Çatdırılma Gün Ərzində Sizə Münasib Vaxtlarda.. . Ölkə Xariçi Göndəriş Yalnız Bizdə. . Bütün Bölgələrə Çatdirilma 1 Günə. .
Əlaqə üçün: (055)-291-37-73 (WhatsApp) ➡@kisi_ayaqqabilari_baku

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:
47-20+5=
Cavabınız:*
 

Anket

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
bütün xəbərlər
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
____ Instagram ___