Telman İsmayılovun şəxsi “killer”inə 13 illik həbs
Tarix: 13-03-2018 | Saat: 12:25
Bölmə:Karusel / Gündəm | çapa göndər
Moskva vilayətinin Krasnoqor şəhər məhkəməsi iki sahibkarın öldürülməsində təqsirli bilinən Mehman Kərimova ciddi rejimli koloniyada 13 illik həbs cəzası verib.
İstintaq zamanı məlum olub ki, M.Kərimov bu cinayətin təşkilatçısı, biznesmen Telman İsmayılovun işində fiqurant kimi çıxış edib.
Belə ki, 2016-cı il may ayının 15-də M.Kərimov sahibkar Vladimir Savkini və Yuri Brylevi Novorijskoye şosesində güllələyib.
Məlum olub ki, paytaxtdakı Çerkizovskiy bazarının keçmiş sahibi Telman İsmayılov cinayətin təşkilatçısı olub. O, bu cinayətin planını qardaşları Rafiq və Vaqiflə birlikdə işləyib-hazırlayıb:
“Rafiq İsmayılov qardaşları ilə əldə olunmuş razılaşmaya görə, M.Kərimovu cinayət yerindən götürüb, sonra da yoldaşları ona gizlənməkdə, həmçinin cinayət alətini gizlətməkdə yardım göstəriblər”,- deyə Rusiyanın İstintaq Komitəsinin verdiyi məlumatda qeyd olunur.
Rusiyadan gedən və məhkəmənin qərarı ilə qiyabi olaraq həbs edilən Vaqif və Telman İsmayılovla bağlı cinayət işi ayrı icraata verilib.
T.İsmayılovun vəkili Marina Rusakovanın sözlərinə görə, onun müdafiə etdiyi şəxs günahkar olduğunu inkar edir. M.Kərimov isə onun üstünə böhtan atıb.
T.İsmayılovla bağlı cinayət işinin istintaqı hazırda başa çatıb.
Xəbəri paylaş
7798 dəfə oxunub.
Digər xəbərlər

22-04-2017, 12:54
Azərbaycan nefti 1% ucuzlaşıb
12-06-2015, 15:07
İnsanlar tərk etdi, təbiət sahib çıxdı (FOTO)
22-05-2023, 14:00
Xanım sürücü "Gelandewagen”lə qəza törətdi - FOTOLAR
4-11-2016, 18:45
ANS-dən XƏBƏR VAR
31-01-2017, 12:40
Cocuq Mərcanlı minalardan təmizlənir - Son vəziyyət açıqlandı
21-11-2017, 11:51
Bəzi ixtisaslar üzrə keçid balları qaldırıla bilər - RƏSMİ
23-06-2016, 21:17
Qarabağda intihar edən əsgərin komandiri tutuldu
19-07-2018, 13:16
Özünü 17-ci mərtəbədən atan qızın anası: "Kaş qızım sağ olaydı, onu bütün səhvləri ilə qəbul edərdim"
30-05-2018, 14:22
114 dövlət əmlakı özəlləşdirilir - Kinoteatr, şadlıq evi...
14-06-2016, 17:18
Orta aylıq əmək haqqı artdı