Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Başqırdıstan Vəkillər Kollegiyasının sədri İctimai Nəzarət Koalisiyasının qonağı olub
Tarix: 16-04-2018, 16:51 | Saat: 15:47:00
Bölmə:Karusel / Gündəm / Foto-fakt | çapa göndər


"İlham Rəhimovun adı hər birimiz üçün qürur mənbəyi, fəxr yerimizdir..."
Xəbər verildiyi kimi, aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkilərini müşahidə edən Rusiya nümayəndə heyətinin üzvləri arasında həmyerlimiz Valeh Abbasov da var idi. Bu gün İctimai Nəzarət Koalisiyasının mərkəzi ofisində qurumun fəxri üzvü Valeh Abbasovla koalisiyanın akt zalında görüş keçirildi.
Tədbiri açıq elan edən İNK sədri Rasim Məmmədov Valeh Abbasovu qonaqlara təqdim etdi:
- Valeh Osman oğlu Abbasov Ağdamda doğulub, doğma torpağı işğal altında olsa da, bizim kimi, o da bir ziyalı olaraq bu ağrını ürəyində daşıyır... O, uzun illərdir yaşayıb fəaliyyət göstərdiyi Rusiyada-Başqırdıstanda vəkillik kimi məsul sahədə ən yüksək nailiyyətlərə sahib olub, Azərbaycanımızın haqq işini hüquq müstəvisində müdafiə edir... O, istedadı və bacarığına söykənərək Rusiya kimi böyük bir dövlətdə layiq olduğu yerini tutub... Valeh Abbasov Rusiyanın tanınmış hüquqşünasıdır, ən seçilən peşəkar vəkillərdəndir. Uzun illərdir Başqırdıstanın paytaxtı Ufa şəhərində yaşayıb fəaliyyət göstərir. V.Abbasov Rusiya Vəkillər Kollegiyasının üzvüdür. Eləcə də Rusiyanın Başqırdıstan Respublikası üzrə ərazi Vəkillər Cəmiyyətinin Prezidenti, Rusiyanın seçki qanunvericiliyi üzrə ərazi baş idarəsinin Başqırdıstan üzrə bölməsinin sədri, Başqırdıstan Respublikası Vəkillər Palatasının vitse prezidentidir. V.Abbasov vəkillik institutunun formalaşmasındakı xidmətlərinə görə Rusiya Federasiyası Vəkillər Cəmiyyətinin Başqırdıstan Respublikası üzrə məclisinin kollegiya sədridir. Bu gün o, İctimai Nəzarət Koalisiyasının qonağıdır... 
Sonra söz Valeh Abbasova verildi. Dəyərli qonaq Azərbaycana bu dəfəki səfərinin mahiyyətindən danışdı: "Azərbaycan xalqı bu dəfə də doğru seçimini etdi, İlham Əliyev yenidən Azərbaycanın prezidenti seçildi. Bu, Azərbaycanın dövlət təhlükəsizliyinə, ictimai sabitliyə, tərəqqiyə və inkişafa edilən seçimdir", - deyən qonaq İNK-nin fəxri üzvü olmasından qürur duyduğunu bildirdi.
İNK sədri Rasim Məmmədov Valeh Abbasova İNK-nin üzvlük vəsiqəsini təqdim etdi.

Sonra İNK sədrinin müavini, “Təzadlar”ın baş redaktoru Asif Mərzili istəkli qonaqla bağlı fikirlərini söylədi:
- Valeh müəllim Qarabağın tanınmış bir nəslinin nümayəndəsidir. Ola bilsin bilmirsiniz, icazənizlə diqqətinizə çatdırım ki, o, Qarabağda tanınmış bir nəsli təmsil edir- Zeynal bəyin nəvəsidir... Bizim Mərzili kəndi ilə, Valeh müəllimgilin kəndi həmsərhəd idi, Pirzadlı, İsmayılbəyli kəndləri ilə Mərzilini Zeynal bəyin adına olan böyük bir meşəlik sahəsi birləşdirirdi. Onu da deyim ki, Zeynal bəylə mənim babam Alverdi bəy Məşədi Məmməd oğlu yaxın qohumluq, dostluq əlaqələrində olublar. Yadımdadır ki, atam həmişə Valeh müəllimin atası Osman kişinin qonağı olardı, bu nəslin tanınmış nümayəndəsi, SSRİ və Azərbaycan SSR Ali Sovetinin deputatı, Sosialist Əməyi Qəhrəmanı Xuraman Abbasova bizim evimizdə dəfələrlə olmuşdur, yaxın qohumluq əlaqələrimiz Qarabağ müharibəsindən sonrakı illərdə də davam etmişdir... Bu əlaqələr indi də davam edir... Bir məsələni də qeyd edim: Valeh müəllim Azərbaycana bu dəfə seçki mədəniyyətinin canlı şahidliyinə gəlmişdi, özünün dediyi kimi, bundan çox məmnundur... Rusiyada Azərbaycanın dəyərli insanları çoxdur, Rusiya kimi böyük bir ölkədə vəzifə tutmaq və bu ölkədə fərqlənmək yalnız xüsusi istedad və zəhmət sayəsində mümkün ola bilər. Valeh müəllim də belə ziyalılarımızdandır... İşlərində uğurlar arzulayırıq. Onu da deyim ki, Rusiyada yaşayan və yüksək vəzifə tutan, böyük imicə malik olan ziyalılarımız çoxdur. Bu məqamda professor İlham Rəhimovu, Vahid Ələkbərovu, Natiq Ağamirovu, Araz Ağalarovu və başqalarını qeyd etmək istəyirəm (Valeh müəllim İlham Rəhimovun adını eşidəndə xüsusi reaksiya verdi. A.M.). Valeh müəllimin diqqətinə çatdırım ki, professor İlham Rəhimov iki gün sonra-aprelin 14-də 25 yaşı qeyd olunacaq “Təzadlar” qəzeti İdarə Heyətinin üzvü və qəzetin fəaliyyətinə həmişə mənəvi dəstək olan böyük ziyalımızdır... 
Bu məqamda İNK sədri, tanınmış ictimai xadim Rasim Məmmədov Valeh Abbasova professor İlham Rəhimov haqqında özəl fikirlərini çatdırdı:
- Mən şəxsən Rusiyada səfərdə olanda İlham Rəhimovun adına güvənərək özümü daha ürəkli, arxalı bilirəm... Onun Azərbaycanda, xüsusən də Rusiyada Azərbaycanla bağlı atdığı addımlar, gördüyü işlər hər kəsə nümunə ola bilər... 
Bu məqamda söz alan hüquq elmləri doktoru, professor Valeh Abbasov İlham Rəhimova Rusiyada çox güvəndiklərini bildirdi:
- İlham Rəhimovun adı hər birimiz üçün qürur mənbəyi, fəxr yerimizdir... 
*** 
Tədbirin sonunda İNK aparatının əməkdaşları fəxri qonaqla xatirə şəkili çəkdirdilər...

Başqırdıstan Vəkillər Kollegiyasının sədri İctimai Nəzarət Koalisiyasında






Başqırdıstan Vəkillər Kollegiyasının sədri İctimai Nəzarət Koalisiyasında

208 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:
23-13+5=
Cavabınız:*
 

Anket

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
bütün xəbərlər
«    Aprel 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
____ Instagram ___