Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
<>

ZehraGulum.butik

Ekskluziv,təravətli güllər və buketlər zövqünüzü oxşayacaq!

Ən münasib qiymət bizdə!

Əlaqə üçün: (WhatsApp) 012 371 80 90/055 379 99 40/077 399 68 89 (İnstagram.com)⬇ ➡@zehragulum.butik
Bundan sonra kənd təsərrüfatı məhsulları... - Nazir prioritet məqsədləri AÇIQLADI
Tarix: 16-05-2018, 11:02 | Saat: 15:47:00
Bölmə:Karusel / İqtisadiyyat / Gündəm | çapa göndər

Bundan sonra kənd təsərrüfatı məhsulları... - Nazir prioritet məqsədləri AÇIQLADI
Bu gün Bakıda 24-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2018” sərgisi və 12-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "Caspian Agro-2018" sərgisi öz işinə başlayıb.
Sərgini açılış sözü ilə açan Kənd təsərrüfatı naziri İnam Kərimov son illər Azərbaycan Prezidenti tərəfindən qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirildiyini bildirib:
“Bunun nəticəsi olaraq iqtisadiyyatın aparıcı sahəsi olan kənd təsərrüfatı yeni mərhələyə qədəm qoyub. Sosial iqtisadi göstəricilərin yüksəldilməsi nəticəsində əhəmiyyətini artıran yerli istehsal məhsullarının rəqabətə davamlı ixrac imkanları genişlənib, habelə bu, ərzaq təhlükəsizliyinin təminatına öz töhfəsini verib”.
Nazir deyib ki, hazırda əsas istiqamət yüksək məhsuldarlığın təmini, ixrac imkanlarının artırılması, ərzaq təhlükəsizliyinin həyata keçirilməsidir: “Qarşıya qoyulan məqsədlərə çatmaq üçün kənd təsərrüfatında innovasiyalara, yeni yanaşmaların tətbiqinə başlanılıb. Hazırda prioritet məqsədlərimiz yüksək məhsuldarlığın təmin edilməsi, yerli məhsulların rəqabət qabiliyyətinin artırılması, o cümlədən qida təhlükəsizliyinin təmin edilməsidir. Bu sahədə innovasiyaların tətbiqi, fermerlərlə yaxınlıq, aqrar sahədə düzgün idarəçilik kənd təsərrüfatının əsas prinsipləri kimi bəyan edilib. Bu məqsədlərə çatılması üçün kənd təsərrüfatı məhsullarının istehsalında innovasiyaların tətbiqi bizim üçün prioritet olacaq. Aqrar sahənin təkmilləşdirilməsi, yerli və xarici iş adamları üçün məlumat mübadiləsində, biznes əlaqələrin qurulmasında bugünkü sərgilərin əhəmiyyəti var. Sevindirici haldır ki, əvvəlki illə müqayisədə həm iştirakçıların sayı, həm də, ekspozisiya sahəsi 12 faiz artıb. Sərgidə iştirak edən ölkələrin sayı 28-dən 34-ə, şirkətlərin sayı 331-dən 432-yə çatıb. Şirkətlərin 70 faizi xarici, qalan 30 faiz isə yerli, “Made in Azerbaijan” brendi altında təmsil olunur. Bu sərgilər həm fermer, həm də iş adamlarının əməkdaşlıq məkanına çevrilib”.
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli isə bildirib ki, bu cür sərgilər ölkədə sərbəst biznes mühitinə yaradılan imkandan xəbər verir:
“Hər il bu sərginin əhatə dairəsi genişləndirilir. İştirakçıların 70 faizinin xarici şirkət olması təsadüfi deyil. Bu ölkədə sağlam rəqabət mühitindən xəbər verir”.
Sədr onu da vurğulayıb ki, Qida Təhlükəsizliyi Agentliyinin yaradılması məqsədi ölkədə bu sahədəki risklərin qiymətləndirilməsidir:
“Əsas məqsəd əhalinin sağlam qida ilə təminatı və ixrac potensialının artırılmasıdır”.
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Qida Təhlükəsizliyi Agentliyi tərəfindən dəstəklənən sərgi iki gün davam edəcək.

шаблоны для dle 11.2

3198 dəfə oxunub.
<>
Ömərov Toğrul İsgəndər oğlu. Uşaq Cərrahı PhD. Qəbula yazılmaq +994506729224. Usaqcerrahi.az
Əlaqə üçün: (WhatsApp) +994506729224 (İnstagram.com)⬇ ➡@rtogrulomarov_ushaq_cerrahi

Bölməyə aid digər xəbərlər
21-04-2016, 12:53 Sabah qar yağacaq

{sape_links}{sape_article}
bütün xəbərlər
____ Instagram ___