DİN Şəmkirdə əməliyyat keçirdi: narkotacir saxlanıldı - FOTO
Tarix: 16-05-2018 | Saat: 11:05
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat nəticəsində qanunsuz olaraq odlu silah-sursat saxlayan və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən (DİN)-dən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Şəmkir rayon sakini Qalib Məmmədovda odlu silah olması barədə məlumat daxil olub. Baş İdarə və Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində həmin şəxs saxlanılıb. Onun rayon ərazisindəki evinə baxış zamanı oradan 1 ədəd “Makarov” markalı tapança, həmin silaha məxsus içərisində 8 ədəd patron olan sandıqça aşkar olunaraq götürülüb.
Əməliyyat tədbirlərinin davamı olaraq Q.Məmmədova məxsus istixanaya da baxış keçirilib. Oradan saxlanılan şəxs tərəfindən xüsusi qulluq edilərək yetişdirilən 243 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar olunaraq götürülüb.
Qeyd edilən faktlarla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri əməliyyat tədbirləri və istintaq hərəkətləri davam etdirilir.
Xəbəri paylaş
6158 dəfə oxunub.
Digər xəbərlər

24-12-2015, 09:50
İlham Əliyev monopoliyalara müharibə elan etdi
17-06-2017, 16:11
“Ötən gün geomaqnit qasırğası baş verib”
17-03-2022, 12:57
"Bu fotoya görə yazılmayan təhqir qalmadı" - Damla
18-01-2019, 12:27
Çarpayının hansı tərəfində yatmaq daha yaxşıdır?
9-02-2018, 11:37
Hacıbala Abutalıbovun oğlu adını dəyişdi
4-08-2015, 13:24
Ən qəddar prezidentə sülh mükafatı
30-06-2015, 12:09
Fransa Sarkisyanın yox, əhalinin tərəfini tutdu
14-05-2018, 22:19
Qəzzada qətliam davam edir - 52 ölü, 2410 yaralı
4-03-2018, 17:11
Tahir Əkbəri qəbirdən çıxarıb yenidən dəfn etdilər -FOTO
6-03-2017, 22:34
KİŞİLƏR, BİLİN: Bu hərəkətlər qadınları əsəbiləşdirir