Bayılda evlər niyə çökdü? - RƏSMİ AÇIQLAMA
Tarix: 16-05-2018 | Saat: 14:52
Bölmə:Karusel / Gündəm | çapa göndər
"Səbail rayonu, Bayıl yaşayış sahəsi, Buxta küçəsində çökmə hadisəsi təbii amillər səbəbindən deyil, məhz texnogen amillər nəticəsində baş verib".
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən verilən məlumata görə, bunu Nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Şahmirzə Səfərov Bayılda baş verən hadisə ilə bağlı deyib.
Onun sözlərinə görə, ərazi yüksək mailli yamacda yerləşir, yamacın təbii meylliliyi 35-40 dərəcədir: "Həmin yamac pilləli şəkildə kəsilib, tökmə torpaq üzərində pərakəndə şəkildə evlər tikilib. Nəticədə yamac yüklənib, dayanıqlığı zəifləyib, kommunikasiya xətlərindən sular sızıb, torpaq qatının yuyulması prosesi gedib, bu səbəbdən də aşınma və çökmə hadisəsi baş verib. Ümumiyyətlə, bu ərazi sürüşmə, uçqun, yuyulma və çökmə kimi ekzogen proseslərin təsirinə məruz qalan sahə hesab olunur".
Ş. Səfərov əlavə edib ki, ETSN-in mütəxəssisləri müvafiq qurumlarla birgə ərazidə tədqiqat işləri aparır, təhlükəli sahənin sərhədləri müəyyənləşdirilir.
Xəbəri paylaş
7998 dəfə oxunub.
Digər xəbərlər

17-08-2015, 18:09
“Boşandığımı hələ də anlamıram” - Röya
19-08-2015, 19:18
O, həyatı ilə şəxsi evinin həyətində vidalaşdı
14-03-2018, 12:56
İşğal nəticəsində Azərbaycana dəymiş ziyan açıqlandı - 818 milyard 880 milyon dollar
11-04-2018, 14:31
Saat 12:00-a qədər 39,39% seçici səs verib
2-03-2017, 17:49
“16 yaşımda qoşulub qaçdım” – Rəqqasə Fatimə - VİDEO
16-04-2018, 10:42
Seçkinin nəticələri 14 gün ərzində təsdiqlənəcək, prezident and içəcək, hökumət istefa verəcək
19-11-2021, 12:48
Kamillə Gülay niyə ayrı evlərdə yaşayır?
5-06-2022, 03:02
NAZİR FİZULİ ƏHMƏDOVA YÜKSƏK VƏZİFƏ VERDİ
29-11-2015, 14:27
Yasamalda civə həyəcanı
5-03-2021, 08:46
Putin Batyanı yola salmaq istəyir? - Tixanovskaya