Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Əfv sərəncamının icrasına başlandı
Tarix: 25-05-2018 | Saat: 10:06
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Ölkə başçısının dünən imzaladığı əfv sərəncamının icrasına başlanılıb.Prezident İlham Əliyevin mayın 24-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam ümumilikdə 634 nəfərə şamil edilib. Onlardan 12 nəfəri hüquq müdafiəçiləri tərəfindən "siyasi məhbus" kimi tanınıb. Həmçinin, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 607 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.
Eləcə də, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış 1 nəfər, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 9 nəfər, cərimə cəzasına məhkum edilmiş 11 nəfər cəzadan və islah işləri cəzasına məhkum edilmiş 6 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.
Azadlığa çıxanların içərisində Nardaran hadisələrinə görə həbs edilən 7 nəfər- Nadir Babayev, Hilal Cabbarov, Əliağa Qasımov, Ələkbər Qurbanov, Fail və Natiq Şahbazovlar, Məmməd Quliyev buraxılıb. Hicab məsələsinə görə həbs edilənlər David Kərimov, Elşad Rzayev, AXCP-nin Neftçala rayon Təşkilatının rəhbəri Elnur Fərəcov, şair Saday Şəkərli və “Cristall Hall”da terror törətməkdə təqsirləndirilən Valeh Abdullayevin də adı var.
 
Əfv sərəncamını 38 xarici vətəndaşa, o cümlədən 3 vətəndaşlığı olmayan şəxsə şamil edilib.


Xəbəri paylaş

7688 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___