Bakının iki rayonunda qaz olmayacaq
Tarix: 12-06-2018 | Saat: 21:30
Bölmə:Karusel / Gündəm | çapa göndər
Bakı şəhəri Nəsimi və Binəqədi rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, istehlakçıların təhlükəsiz və dayanıqlı təbii qaz təchizatının təmin edilməsi məqsədi ilə diametri 530 mm-lik qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğvi, daşıyıcı qaz xəttinin kipliyə sınaq olunması və daşıyıcı xətt üzərində quraşdırılmış diametri 200 mm-lik siyirtmənin təmiri ilə əlaqədar, 13 iyun 2018-ci il tarixdə saat 09.00-dan təmir işləri tamamlananadək Nəsimi rayonu Tbilisi prospekti və 20 yanvar, A.Məhərrəmov, A.Qurbanov, Bakıxanov, C.Məmmədquluzadə, H.Əliyev küçələrinin, eləcə də Binəqədi rayonu 6, 7, 8 və 9-cu mikrorayonlarının, Rəsulzadə, Xutor, Sulutəpə, Xocahəsən, Biləcəri qəsəbələrinin və “Motodrom” adlanan ərazinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Görülən zəruri təmir işlərinin Xətai və Yasamal rayonlarının bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür.
Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.
Xəbəri paylaş
8858 dəfə oxunub.
Digər xəbərlər

2-07-2017, 11:20
Türkiyə millisinin üzvü “Milan”da
3-02-2019, 15:11
Bakıda çiskin olacaq, rayonlarda yağış və qar yağacaq
29-04-2016, 23:34
Marxuliya: “Azərbaycan ordusu yenilməzdir”
5-04-2018, 16:38
Dönərxanalarda insan əti verilir - ŞOK İDDİA
30-12-2017, 14:31
ANS-in ABŞ-a köçən keçmiş əməkdaşı həmcinsi ilə evləndi - FOTO
5-11-2017, 12:52
Olimpiya çempionu 22 yaşında karyerasına son qoydu – FOTO
13-01-2019, 18:19
“Düşmüşük Xoşqədəmlərin, Zaurların üstünə...” - Fazil Mustafa
29-12-2016, 11:51
Tramp: “Obama mənə zəng etdi…”
6-12-2021, 10:46
Bakıda “BMW”nin vurduğu moped yandı, sürücü komaya düşdü - FOTO
31-12-2016, 11:19
Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür