Təranə Qumralın həbsi tələb edildi - "Peşman deyiləm"
Tarix: 14-06-2018 | Saat: 17:31
Bölmə:M / Karusel / Şou-Biznes / Fotogalereya | çapa göndər
Tanınmış müğənni Təranə Qumral barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam edib.
"Xəbəraz.az "-ın məlumatına görə, Nərimanov rayon Məhkəməsində hakim Rəşad Abdullovun sədrliyi ilə keçirilən prosesdə müğənni Nazənin Salayevanın vəkili Ceyhun Yusifov vəsatət verərək Tərana Qumralın barəsində həbs qətimkan tədbirinin seçilməsini tələb edib: "Təranə xanım məhkəmə qətnamələrini icra etmir. Həmçinin məhkəmədə, sosial şəbəkələrdə müvəkkilimi hədələyir. Ona görə də onun barəsində həbs qətimkan tədbirinin seçilməsini istəyirik".
Təranə Qumral vəsatətə münasibət bildirərək qətnaməni icra etmədiyini deyib: "Peşman deyiləm".
Vəsatət təmin edilməyib.
Məhkəmə prosesi iyunun 25-də davam edəcək.
Qeyd edək ki, Təranə Qumral bir müddət əvvəl məhkəmədə Nazəninə uduzmuşdu. Uduzmasına baxmayaraq sənətçi məhkəmə qərarını icra etməyib.
Təranə Qumrala qarşı Cinayət Məcəlləsinin 306-cı maddəsi barəsində iş başlanılıb.
Qətnamədə bildirilir ki, Təranə İbrahimova Məhəbbət Həsənov və həyat yoldaşı Nazənindən üzr istəməli, eləcə də, təkzib verməlidir. Uzun müddətdir ki, cavabdeh tərəfdən hər iki qətnamə üzrsüz səbəbdən, qərəzli şəkildə icra edilməyib, buna görə də T. İbrahimova barədə Ədliyyə Nazirliyinin istintaq idarəsində Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət işi qaldırılıb.
Xəbəri paylaş
1 3438 dəfə oxunub.
Digər xəbərlər

11-08-2017, 12:53
Ərdoğan azərbaycanlı idmançını təbrik etdi - Foto
13-03-2019, 12:21
Kirkorovun qətlini Maksim Qalkin sifariş verib?
3-02-2020, 21:56
Maldinin oğlu "Milan"da debüt etdi
21-02-2022, 13:44
Bir ailənin məhvinə gətirən qəzanın səbəbi nə idi: Nahamar yol, yoxsa yüksək sürət? - VİDEO - FOTO
30-03-2020, 15:38
"Krediti olanlara 3 ay möhlət verilsin!" - Deputatdan TƏKLİF
1-08-2022, 12:50
Quranda adı çəkilən quş. Faydalar
9-01-2019, 17:14
“Xalq Bank”ın səhmdarı ləğv olunur
24-05-2019, 11:55
Bakıda dəhşətli qətl: yatan kişinin boyun damarlarını kəsdilər
26-12-2018, 13:22
Türkiyəli aktrisa donuz qripinə tutuldu
9-11-2021, 10:04
Yük maşını dərəyə aşdı, sürücü hadisə yerində öldü