Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
<>

ZehraGulum.butik

Ekskluziv,təravətli güllər və buketlər zövqünüzü oxşayacaq!

Ən münasib qiymət bizdə!

Əlaqə üçün: (WhatsApp) 012 371 80 90/055 379 99 40/077 399 68 89 (İnstagram.com)⬇ ➡@zehragulum.butik
İDDİA: "Fürsət bu fürsətdir" deyib, *8555 və *5000 taksi xidmətləri soyğunçuluğa başladılar
Tarix: 11-07-2018, 16:50 | Saat: 15:47:00
Bölmə:M / Karusel / İqtisadiyyat / Araşdırma | çapa göndər


İDDİA: "Fürsət bu fürsətir"  deyib, *8555 və *5000 taksi xidmətləri soyğunçuluğa başladılar
İnfoPlyus.Tv xəbər verir ki, namərd o insana deyilir ki, birinə bədbəxtlik üz verdikdə, onun bədbəxtliyindən öz xeyrini düşünüb, qazanc əldə edir. Birdə nəzərə alsaq ki, bədbəxtlik bir iki insana deyil, bir millətə üz verib və bundan sevinib yararlananlar var, belələrini namərd deyil, heç insan adlandırmaq olmaz. 

Yaxın günlərdə Mingəçevir HES-da baş verən qəza xalqımıza və dövlətimizə mənəvi, fiziki, iqdisadi, maddi və.s kimi çoxlu bəlalar gətirdi. Xəstəxanalarda yüzlərlə millətin körpələri can verdi. İqdisadiyyatda ağır maddi itkilər verdik. Metrolarda yüzlərlə insanlar ölümlə göz-gözə gəldi.

Atalarımızdan qalma gözəl misal var ki, deyərlər-"El ilə gələn bəla toy-bayramdır". Xalqımızın ağır günlərində sıravi vətəndaşlar belə əllərindən gələn köməklikləri etməklə insanlıq borclarını ödəməyə çalışırdılar. Ölkə rəhbəri də xalqın ağır günündə mümkün olduğu qədər imkanlarını səfərbər edib zərər çəkmiş insanlara hər tərəfli köməkliklər edilməsi barədə tapşırıqlar verdi. 

Prezident İ.Əliyev cənablarının şəxşi göstərişi sayəsində ictimai nəqliyyatlar vətəndaşlara ödənişsiz xidməti həyata keçirdi. Lakin xalqın belə ağır günündə fürsətçilər, girəvə axtaran xidmətlər də az olmadı. Məsələn *8555 və*5000 taksi xidmətləri kimi mənfətpərəslər. Ölkədə elektrik enerjisinin kəsilməsi ilə iflic halına gəlmiş nəqliyyatlar əhalini lazımı ünvanlara daşımaqda aciz qaldı. İstidən, qorxudan, həyəcandan başını itirmiş insanlar taksi xidmətinə üz tutmağa məcbur qaldı. "Fərasətli" *8555 və*5000 taksi xidmətinin rəhbərləri "fürsət qaçırılmaz" deyib, mühasibatlıqlarında qiymət dəyişikliyi etməyi düşündülər. Belə ki, adi günlərdə bu taksi xidmətlərdən istifadə zamanı ödənilən məbləğ, millətin ağır günündə iki-üç qat bahasına təklif olundu. Üstəlik xidmətlərin qaldırılması ilə bağlı artan gəlir vergisi də dövlətdən gizlədildi. Adı gedən xidmətlərin taksi sürücüləri isə onsuz da çarəsiz vəziyyətə düşmüş insanları kobudluqları, ədabazlıqları ilə daha da çarəsiz hala salmaqdan sanki zövq almaqda bəhsə girişdilər. Hətta ölkədə baş verən böhranlı vəziyyətə görə öz aralarında sevinib, "belə ola həmişə" mahnısını da zümzümə etməkdən çəkinmədilər. 

Sadalanan nöqsanlarla bağlı qarşı tərəfin mövqeyini öyrənmək məqsədi ilə redaksiyamız adından *8555 və *5000 xidmətinin səlahiyyətliləri ilə yaratdığımız telefon əlaqəsi zamanı eyiblərini şəxsi zəmində söhbətlər məcrasına yönəltməklə məsələnin üzərindən keçməyə çalışdılar. Necə deyərlər, düşündülər ki, " dəyirman öz işində, çax-çax baş ağrıdır" 

Xatırlayırsınızsa yuxarıda atalar sözündən misal çəkmişdik. Sən demə atalarımız da "yanıla bilərmiş". Ya bəlkə də bu taksi xidmətlərinin səlahiyyətliləri atalar misalının anlamını düz başa düşməyiblər ki, üz verən bəlanı, öz xeyirləri üçün toy-bayram zənn ediblər? Amma bir həqiqəti unutmayın ki, siz bu dövlətdə yaşayırsınız. Dövlət sizlər üçün yaratdığı dinc, əmin-amanlıq sayəsində biznesinizi qurub, sərvətinizə sərvət qatırsınız. Bəs dövlətin ağır günündə,( xüsusəndə müharibə şəraitində olduğumuz bir vaxtda) budurmu sizlərin vicdanı ki, dövlətə dəstək olmaq yerinə, xalqı narazı salmağın yollarını fikirləşdiniz? Halbu ki, sizlərdən qat-qat kasıb olan şəxsi taksi sürücüləri sizin "başı ulduz"lu xidmətinizdən daha şərəfli addım atıb, metrolar qarşısında zərər çəkən insanlara təmənnasız xidmət göstərirdilər. Çünki onların xidmətləri önündə "ulduz"ları yoxdur və sizlər kimi fürsətçil deyillər. 

Yuxarıda qeyd olunanları nəzərə alaraq, vergi və digər səlahiyyətli orqanlarından xahiş edirik ki, bu cür halların aradan qaldırılması nöqteyi-nəzərindən lazımı tədbirlərin görülməsinə öz göstərişlərinizi verəsiniz. 

Tərifə Şükürqızı 
шаблоны для dle 11.2

1598 dəfə oxunub.
<>
Ömərov Toğrul İsgəndər oğlu. Uşaq Cərrahı PhD. Qəbula yazılmaq +994506729224. Usaqcerrahi.az
Əlaqə üçün: (WhatsApp) +994506729224 (İnstagram.com)⬇ ➡@rtogrulomarov_ushaq_cerrahi

Bölməyə aid digər xəbərlər
12-04-2015, 18:11 Azərbaycana qar yağıb

{sape_links}{sape_article}
bütün xəbərlər
____ Instagram ___