Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
<>
Ömərov Toğrul İsgəndər oğlu. Uşaq Cərrahı PhD. Qəbula yazılmaq +994506729224. Usaqcerrahi.az
Əlaqə üçün: (WhatsApp) +994506729224 (İnstagram.com)⬇ ➡@rtogrulomarov_ushaq_cerrahi
Bakıda dəhşətli qəza: 1 ölü, 17 yaralı – Video
Tarix: 12-07-2018, 12:19 | Saat: 15:47:00
Bölmə:M / Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər

09:06

Bakıda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.
"Xəbəraz.az " Oxu.az-a istinadən xəbər verir ki, Bakı-Ələt magistral yolunda baş verən qəza zamanı 90 OJ 802 dövlət nömrə nişanlı “Kamaz” 149 saylı sərnişin avtobusu ilə toqquşub.
Hadisə nəticəsində avtobus yolda bir neçə dəfə dövr edərək aşıb.
Qəza zamanı 1 nəfər hadisə yerində dünyasını dəyişib, 15 nəfər isə ağır xəsarət alıb.
***
Bakı Nəqliyyat Agentliyi Bakıdakı dəhşətli qəza ilə bağlı məlumat yayıb.
"Hadisə yük maşınının sürücüsünün sükan arxasında yuxuya getməsi səbəbindən baş verib. Yük maşını hərəkətdə olan avtobusa sürətlə çırpılıb, nəticədə, sərnişin avtobusu bir neçə dəfə aşıb.
Hazırda Bakı Nəqliyyat Agentliyinin əməkdaşları hadisə yerindədir. Qəza nəticəsində 1 nəfər ölüb, 10-dan artıq şəxs müxtəlif dərəcəli xəsarət alıb. Xəsarət alanların vəziyyətini öyrənmək üçün BNA əməkdaşları hazırda yaralıların olduğu xəstəxanalardadır" - məlumatda qeyd olunub.
***
Ağır qəza zamanı yaralanan sərnişinlərdən 7 nəfəri Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Bu barədə Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov məlumat verib.
Onun sözlərinə görə, yaralılardan biri Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasına yerləşdirilib:
“2 nəfər Ələt poliklinikasına müraciət edib. 3 nəfərə isə yerində yardım göstərilib. Bir nəfər isə hadisə yerində dünyasını dəyişib”.
***
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirov bildirib ki, son məlumata görə, hadisə nəticəsində yaralananların sayı 17 nəfərə qalxıb.
“Yaralılarla bağlı rəqəm hər an dəyişə bilir. Çünki hadisədən sonra bir çoxları xəstəxanaya gəlməyib. 9 nəfər yaralı təcili tibbi yardım maşını ilə xəstəxanalara ağır vəziyyətdə gətirilib. Yaraları yüngül bəzi sərnişinlər ya yol maşınları, ya da taksi ilə evlərinə və ya başqa xəstəxanalara gedib. Hətta yaralılar arasında bir çoxu qəzadan sonra evinə getsə də, sonradan halı pisləşdiyi üçün xəstəxanaya gəlib. Bu səbəbdən yaralıların sayı bəzən dəyişir. Məsələn, qəzada dünyasını dəyişən xanım sərnişinin yanında iki azyaşlı övladı da olub. Onları nənəsi evə aparmışdı. Lakin vəziyyətləri yaxşı olmadığına görə xəstəxanaya gətiriliblər. Məlum olub ki, uşaqların ikisi də kəllə-beyin travması alıb”.

шаблоны для dle 11.2

5998 dəfə oxunub.
<>
Ömərov Toğrul İsgəndər oğlu. Uşaq Cərrahı PhD. Qəbula yazılmaq +994506729224. Usaqcerrahi.az
Əlaqə üçün: (WhatsApp) +994506729224 (İnstagram.com)⬇ ➡@rtogrulomarov_ushaq_cerrahi

Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}
bütün xəbərlər
____ Instagram ___