Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
<>

ZehraGulum.butik

Ekskluziv,təravətli güllər və buketlər zövqünüzü oxşayacaq!

Ən münasib qiymət bizdə!

Əlaqə üçün: (WhatsApp) 012 371 80 90/055 379 99 40/077 399 68 89 (İnstagram.com)⬇ ➡@zehragulum.butik
Energetik içkilər imkan daxilində qadağan edilməlidir - Deputat
Tarix: 16-08-2018, 19:55 | Saat: 15:47:00
Bölmə:Karusel / Bizim seçim / M2 | çapa göndər


Qida Təhlükəsizliyi Agentliyi (QTA) tərəfindən energetik içkilərdən 18 yaşa çatmamış yeniyetmələrin, hamilə qadınların, süd verən anaların, ürək-damar, psixonevroloji, böyrək və qaraciyər xəstəliklərindən əziyyət çəkən insanların istifadə etməməsinin tövsiyə olunması çox müsbət və təqdirəlayiq haldır. Hesab edirəm ki, burada, bəlkə, bir qədər gecikilib də. Bu, çoxdan edilməli idi.
Xeberaz.Az bildirir ki, bunu millət vəkili Musa Quliyev dilə gətirib.
O, hələ bu barədə bir il öncə, parlamentin payız sessiyasının ilk iclasında çıxış etdiyini və təklif irəli sürdüyünü xatırladıb.
"O vaxt da bildirmişdim, indi də belə hesab edirəm ki, energetik içkilərin məhdudlaşdırılması və imkan daxilində qadağan edilməsi lazımdır. Çünki bütün dünya kardioloqları energetik içkilərdən ölüm hallarının artması və insanların çox ağır xəstəliyə düçar olması barədə həyəcan təbili çalırlar.
Çox təəssüf olsun ki, bu içkilər son illərdə Azərbaycanda çox geniş yayılıb. Gənclər, yeniyetmələr, hətta uşaqlar arasında bir buma çevrilib. Bu içkilərin tərkibində kafein, taurin, bir qrup vitaminlər, qlükoza kimi stimullaşdırıcı maddələr var.
Bunların həddindən artıq və dozalaşdırılmadan qəbul edilməsi qəfil ürək tutmalarına, ölümlərə səbəb olur. Bu içkilər yuxu, əsəb pozğunluğu, idarə olunmanın çətinləşməsi və sair problemlər yaradır.
Bu səbəbdən Fransa, Norveç, Finlandiya kimi ölkələr artıq bu içkilərin satışını qadağan ediblər. Bir çox ölkələr isə bu içkiləri "18+" məhsulları sırasına daxil ediblər və 18 yaşına çatmayan şəxslərə bunların satışı qadağan edilib.
Hesab edirəm ki, bununla bağlı qanunvericiliyimizdə müvafiq dəyişikliklər edilməlidir.
Birinci, onlara aksiz vergiləri tətbiq olunmalıdır ki, əlçatanlıq aşağı düşsün. Yəni, bu içkilərin üzərinə "18+" işarəsi yazılsın və 18 yaşına çatmayan uşaqlara satılması qadağan olunsun.
Lisenziyalaşdırılmış mallar siyahısına daxil olunsun ki, yalnız lisenziya ilə müvafiq mağazalarda satılsın. Bir də bu içkilərin reklamına qadağa qoyulsun.
Məktəblərdə, ümumiyyətlə, təhsil müəssisələrinin yaxınlığındakı mağazalarda bunların satılmasına qadağa qoymaq lazımdır", - deyə millət vəkili əlavə edib.шаблоны для dle 11.2

1018 dəfə oxunub.
<>
Ömərov Toğrul İsgəndər oğlu. Uşaq Cərrahı PhD. Qəbula yazılmaq +994506729224. Usaqcerrahi.az
Əlaqə üçün: (WhatsApp) +994506729224 (İnstagram.com)⬇ ➡@rtogrulomarov_ushaq_cerrahi

Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}
bütün xəbərlər
____ Instagram ___