Avtobus sürücülərini və sərnişinləri ölümlə hədələyən şəxs həbs edildi-Foto
Tarix: 18-08-2018 | Saat: 16:11
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər
Bakıda ictimai asayişi pozaraq avtobus sürücüsü və sərnişinlərin narahatlığına səbəb olan Quba rayon sakini Nəbi Ağayev İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək Nərimanov Rayon Məhkəməsinin Qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs edilib.
DİN-dən verilən məlumata görə, bu N.Ağayev tərəfindən törədilən ilk hadisə deyil.
O, bir neçə gün əvvəl, yəni avqustun 15-də də 199 nömrəli avtobusun sonuncu dayanacağında dispetçerlə mübahisə edib. Sərxoş vəziyyətdə olduğundan ödəmə kartları olan aparatların niyə quraşdırılmadığını tələb edib, avtobusun dispetçerini, sürücüləri və sərnişinləri hədələyib. Bu səbəbdən dispetçerin müraciəti əsasında o, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb və İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, ictimai qaydanı kobud şəkildə pozduğuna görə cərimələnib.
Lakin, N.Ağayev barəsində verilən qərardan nəticə çıxarmayıb. O, iki gün sonra Xətai prospektində eyni əməli təkrar törədib və yenidən polislər tərəfindən saxlanılıb. Bu dəfə onun barəsində daha ciddi tədbir görülərək inzibati həbs olunanların saxlama məntəqəsinə göndərilib.
Xəbəri paylaş
9148 dəfə oxunub.
Digər xəbərlər

30-03-2021, 12:21
Həkimin vurduğu iynə qadını şoka saldı
30-12-2016, 23:49
YƏHUDİLƏRİN QAFQAZLA BAĞLI GİZLİ PLANLARI
17-05-2018, 10:34
İsrail Qəzzanı yenə bombaladı
8-01-2018, 17:36
Bakıda London taksisi məşhur otelə çırpıldı
25-09-2022, 14:37
Sabahın hava proqnozu açıqlandı: Külək əsəcək, yağış yağacaq
26-11-2022, 11:04
"Narkotik vasitələrin 95 faizindən çoxu İrandan Azərbaycana gətirilib" - Baş nazirin müavini
8-06-2016, 23:28
Samuxda qadın ağacdan yıxılaraq xəsarət aldı
4-02-2018, 11:59
AYİB Azərbaycana manatla kreditlər verməkdə davam edəcək