Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda arı saxlayanlara pul veriləcək- Qərar
Tarix: 20-09-2018 | Saat: 10:21
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər

Azərbaycanda arı saxlayanlara pul veriləcək


Baş nazir Novruz Məmmədov “Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası”nı təsdiq edib.

Xeberaz.az xəbər verir ki, qaydalarda nəzərdə tutulur ki, arıçılara saxladıqları hər arı ailəsinə (pətəyə) görə ildə 10 (on) manat məbləğində subsidiya verilsin.

Arıçılar saxladıqları arı ailələrinin (pətəklərin) identikləşdirilməsi və hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi üçün bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun tərtib etdikləri ərizələrini, fiziki şəxslər üçün şəxsiyyət vəsiqəsinin, hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər üçün VÖEN-in surətini, subsidiyanın köçürüləcəyi bank hesabına dair məlumatları hər il aprel ayının 30-dək arıçılıq təsərrüfatının yerləşdiyi rayon (şəhər) komissiyalarına təqdim etməlidirlər.


Arıçılar  əldə etdikləri məhsul barədə hər il arıçılıq mövsümü başa çatdıqdan sonra oktyabrın 30-dək bu Qaydanın 4 nömrəli əlavəsində göstərilmiş formada hesabat hazırlayaraq, ümumi poçt və ya elektron qaydada rayon (şəhər) komissiyalarına göndərməlidirlər.

Bu qərar 2018-ci il də daxil olmaqla, 5 (beş) il müddətində qüvvədə olacaq.




Xəbəri paylaş

5698 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___