Sevil Əliyeva üçün özəl gün - FOTOLAR
Tarix: 12-10-2018 | Saat: 09:56
Bölmə:M / Karusel / Foto-fakt / Təbriklər | çapa göndər
Xəbəri paylaş
7628 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 12-10-2018 | Saat: 09:56
Bölmə:M / Karusel / Foto-fakt / Təbriklər | çapa göndər
Oktyabrın 12-si Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bacısı Sevil Əliyevanın ad günüdür.
Xeberaz.Az xəbər verir ki, Sevil Əliyevanın 63 yaşı tamam olur.
Sevil Heydər qızı Əliyeva 1955-ci il oktyabrın 12-də Bakıda anadan olub. 1961-1971-ci illərdə orta məktəbdə, eyni zamanda musiqi məktəbində təhsil alıb. 1971-1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini ərəb dili şöbəsində ali təhsil alıb.
1977-1980-cı illərdə Moskvada SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aspiranturasında oxuyub. 1981-ci ildə elmi tədqiqatını başa çatdırıb, namizədlik dissertasiyası müdafiə edib. Tarix elmləri namizədidir.
1981-1986-cı illərdə SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı olub.
Bir qızı, iki oğlu var.
Sevil Əliyeva uzun illərdir övladları ilə birgə Londonda yaşayır. 1986-cı ildən musiqi sahəsində fəaliyyətini davam etdirən S.Əliyeva bir sıra mahnıların, o cümlədən anası, mərhum akademik Zərifə Əliyevaya həsr etdiyi "Ana" elegiyasının müəllifidir. O, həm də "Space" Televiziyasının qurucusudur.
S.Əliyeva "Sevil" Qadınlar Məclisinin sədri, "SOS" Uşaq Kəndləri - Azərbaycan Assosiasiyasının fəxri prezidentidir.
Sevil Əliyevanın oğlu Azər Əliyev hazırda Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidentidir.
Xəbəri paylaş
Digər xəbərlər
27-04-2016, 19:08
İlham Əliyev 2 sərəncam imzaladı
6-02-2016, 22:06
Ramil Səfərovla yenidən həbs oluna bilərmi?
7-02-2017, 12:36
Göygöldə yol qəzası: Qadın sürücü öldü
12-11-2016, 14:09
İdmançımız Çində Uşu üzrə Beynəlxalq məşqçi sertifikatına layiq görüldü
21-05-2021, 16:09
Azərbaycanlı və erməni hərbçilər arasında DAVA: - Hərbi hissə komandirinin burnunu sındırdılar
2-02-2022, 09:28
Prezidentdən Gənclər Günü ilə bağlı paylaşım - Foto
19-01-2017, 14:32
Cennifer Lopez və digər məşhur qadınlar göz oxşadılar - fotolar
22-04-2017, 22:15
Dünyanın ən cazibədar 10 STÜARDESSASI