Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Keşlə əhalisi yollardan və marşurut xəttlərindən narazıdırlar- Yeni əsrin “YOLKƏSƏNLƏRİ”
Tarix: 15-10-2018 | Saat: 11:59
Bölmə:M / Karusel / İqtisadiyyat / Gündəm / Aktual | çapa göndər

                                

Qədimdə yolkəsənlərə qaçaq-quldur deyərdilər. Lakin onların da öz qanunları var idi. Adətən yolkəsənlər kasıb xalqı incitməz, qız-gəlinə, xəstəyə, qocaya, uşağa hörmət edərdilər. Hədəfləri varlıların ticarət karvanları idi ki, bac-xərac almadan buraxmazdılar. Müasir dövrümüzdə isə tam əksinədir. Bizim fikirimizi yalnış anlamayasınız deyə,  sözü uzatmadan mətləb üstünə gələcəyik.  
“Xəbəraz.az” informasiya agentliyinin redaksiyasına müraciət edən bir qrup Keşlə qəsəbəsinin  sakinləri qəsəbənin içərisindən keçən 30 saylı marşurut xəttinin kəsilməsindən şikayət etdilər. Bildirdilər ki təxminən cari ilin may aylarından Babək prospektində yol tikinti işləri başlanıb. Bu onları çox sevindirib. Amma təəssüflə qeyd edək ki, onların sevincləri uzun sürməyib. Səbəb isə əhalinin uzun illərdən bəri istifadə etdikləri 30 saylı marşurutun yolun bərpasından sonra əvvəlki xətt üzrə hərəkətinə qoyulan məhdudiyyət olub.
Keşlə qədim tarixi olan və şəhərin mərkəzinə ən yaxın qəsəbələrdən biridir. Qəsəbədə on minlərlə ailə yaşayır. Bu qədər əhaliyə vur-tut  üç ictimai nəqliyyat xidmət göstərir. 15 saylı, 38 saylı və 30 saylı marşurut xətləri. 15 saylı nəqliyyat olduqca uzun fasilələrlə işləyir. 30 saylı marşurut isə Xətai metrosu( son məlumata görə 28 may küçəsi. S.Vurğun bağna qədər) ilə Neftçilər metrosu arasında işləyir. Babək prospekti təmirə bağlanmazdan əvvəl adı gedən marşurut xətti Keşlə qəsəbəsinə giriş-çıxış edirdi və əhalinin heç bir narazılığı yox idi. Yolun tikintisi davam edib başa çatdıqca əhali  Xətai metrosundan gələn istiqamətdə qəsəbənin əvvəlki qayda ilə marşurutun girişinin gəsilməsindən narahat olub Azərbaycan Respublikasının Prezidentinə müraciət ünvanlayıblar. Prezident Adminstrasiyası isə müraciəti aidiyyatı üzrə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə göndərib. Agentlik də öz növbəsində bildirib ki, yolun tikintisi ilə məşqul olan “15 saylı Xüsusi Təyinatlı Yol İstismarı”MMC yə bu barədə tapşırıq verilib. Belə ki, yolun tikintisi zamanı 30 saylə marşurutun Xətai metrosundan gələn istiqamətində qəsəbənin içərisinə daxil olması üçün döngələrin qoyulması nəzərə alınacaqdır.  
 Şikayətçilərə verilən cavabdan uzun zaman keçməsinə baxmayaraq yenə də dəyişən heç nə yoxdur. Məsələ ilə bağlı tikintisi gedən prospekdə araşdırma apardıq. Gördüklərimiz bizlərdə qəribə düşüncələr formalaşdırdı. Təmir gedən yolda qoyulan döngələrin hamısı ya şadlıq sayaylarının, ya da avtosalonların qarşısındadır. Görəsən bu”işgüzarlığın” görünməyə tərəfləri hansılardır ki, bu qədər əhalisi olan qəsəbənin sakinlərinin rahatlığını qulaqardı edilməklə sahibkarların obyekləri diqqətdən kənarda qalmayıb? Nəzərə alsaq ki, əhali hər gün azyaşlı uşaqlarını şəhərin müxtəlif yerlərinə məktəblərə aparmaq üçün körpələrinin və özlərinin həyatlarını təhlükəyə atıb keçidsiz, işıqforsuz bu yolu keşmək məcburiyyətində qalırlar. Belə halda isə qəzaların baş verməsi qaçılmazdır. Faktla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə əlaqə yaratdıq. Bildirdilər ki, bu barədə vətəndaşlara məlumat veriblər. “15 saylı Xüsusi Təyinatlı Yol İstismarı”MMC yə isə tapşırıq verilib. Mümkün olduğu halda döngənin qurulması nəzərə alınacaq. Lakin işlərin gedişi elə sadəcə vəd olaraq qalmaqda davam edir. Belə olan halda düşünürsən. Görəsən bu işə cavabdeh olan şəxslər, bəzi məmurlar bir dəfə oturub düşündülərmi ki, “əcəba biz bu qədər əhalinin  yolunu kəsib, körpəsini, qocasını, xəstəsini, qızını-qadınını yollara salmaqla hansı savaba çatdıq?” Əksinə. Sahib olduqlarınız künc-bucaqda qalan yaxşılıqlarınızı da “YOLKƏSƏNLİYİNİZLƏ” bada verdiniz. Keşləlilər isə sizdən çox şey istəmirlər. Öz yollarını özlərinə qaytarmağı, marşurutlarının bərpasını istəyirlər. Məgər buna haqları yoxdur?
 Tərifə Şükürqızı
"Xabar.az"


Xəbəri paylaş

1 0738 dəfə oxunub.

Digər xəbərlər
11-09-2019, 18:31 Lənkəran silkələndi

bütün xəbərlər
____ Instagram ___