Xan Şuşinskinin oğluna vəzifə verildi
Tarix: 08-11-2018 | Saat: 17:20
Bölmə:Karusel / Gündəm | çapa göndər
Xəbəri paylaş
6988 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 08-11-2018 | Saat: 17:20
Bölmə:Karusel / Gündəm | çapa göndər
Məşhur muğam ustadı, xalq artisti Xan Şuşinskinin oğlu Aslan Cavanşirova Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində yüksək vəzifə verilib.
O, 2018-ci ilin 3 oktyabr tarixindən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Aparat rəhbərinin müavini vəzifəsinə təyin edilib.
Məlumat üçün bildirək ki, Aslan İsfəndiyar oğlu Cavanşirov 1962-ci ildə Bakı şəhərində anadan olub.
Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun məzunudur. İxtisasca iqtisadçıdır. Müxtəlif dövrlərdə Neft - qaz sənayesində və elektroenergetika sahəsində çalışıb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə işə qəbul edilənədək sonuncu iş yeri ”Azərişıq” Açıq Səhmdar Cəmiyyətində şöbə rəisi vəzifəsi olub.
Aslan Cavanşirovun atası mərhum xanəndə, dahi muğam ustadı, xalq artisti Xan Şuşinski (İsfəndiyar Aslan oğlu Cavanşir) 1901-1979-cu illərdə yaşayıb.
Xəbəri paylaş
Digər xəbərlər
4-09-2016, 11:32
ABŞ-da güclü zəlzələ baş verib
1-09-2015, 15:10
İŞİD Borçalıya ayaq açdı: azərbaycanlılar terror təşkilatına kütləvi axın edir - ŞOK
5-03-2020, 20:39
Ərdoğanla Putinin təkbətək görüşü 3 saat davam edib
2-05-2016, 13:49
Bütün erməni məmurları rus agentidir - Muradyan
13-06-2022, 10:44
"Putinin 3 ay ömrü qalıb" - İDDİA
24-12-2018, 11:33
Leyla Əliyeva atasının ad gününü belə təbrik etdi - Foto
12-01-2017, 14:23
Məşhur rəqqas PR menecer Eltonun fikirlərini "oğurladı" – Fotolar