Nazir: “Pensiya yaşını azaltmağa ehtiyac yoxdur”
Tarix: 15-11-2018 | Saat: 10:38
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
“İndi bütün ölkələrdə pensiya yaşı artırılır. Yəni, pensiya yaşını azaldan yoxdur. Artıq Avropa ölkələrində pensiya yaşı 67-69-a qaldırılıb”.
Xəbəraz.Az xəbər verir ki,Bu sözləri modern.az-a eksklüziv açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, normalda pensiya müddəti 12 il olmalıdır:
“Bu gün Azərbaycanda qadınların həyat dövrü 78 yaşdır. 78 yaş olduğuna görə, 65 yaşda pensiyaya çıxdıqda 13 il pensiya ala bilirlər. Ona görə də bu, normaldır. Bunu azaltmağa və ya artırmağa ehtiyac yoxdur.
Pensiya məbləğinin artımı isə onunla bağlıdır ki, bu gün işləyənlər daha çox pul versinlər ki, onların pensiyası arta bilsin. Bu gün yığdığımız pul nəyə kifayət edirsə, hamısı pensiyaya yönləndirilir. Əgər işləyənlər 26 faiz yox, 50 faiz versə, pensiyalar iki dəfə artacaq”.
Xatırladaq ki, ötən gün Milli Məclisdəki büdcə müzakirləri zamanı pensiya yaşı ciddi müzakirə mövzusu olmuşdu. Deputat Vahid Əhmədov hökumətə çağırış edərək, pensiya yaşını 65-dən aşağı salmağa çağırmışdı.
Xəbəri paylaş
6878 dəfə oxunub.
Digər xəbərlər

24-06-2019, 13:26
İstirahət günlərində Azərbaycan yollarında 11 nəfər öldü
2-09-2020, 15:54
Sərdar Ortac ölüb? – FOTO – AÇIQLAMA
13-12-2015, 13:06
İlham Əliyev Putinə başsağlığı verdi
10-01-2018, 11:14
Bakıda daha üç məhkum xəstəlikdən ölüb
22-05-2020, 12:59
Azərbaycanda bu şəxslərin maaşları artdı - SİYAHI
11-05-2017, 13:06
Şimşək çaxacaq, yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq
24-08-2023, 10:53
Misir fironları 50 dərəcə istidə necə sərinlənirdilər? – Sirlər