Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Mübariz Qurbanlı: Mehman Hüseynov haqqında məsələni şişirdərək Azərbaycana qarşı istifadə edirlər
Tarix: 20-01-2019 | Saat: 16:16
Bölmə:M / Karusel / Siyasət / Gündəm | çapa göndər

Bir bloqer haqqında məsələni şişirdərək Azərbaycana qarşı istifadə edirlər.
Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı bloqer Mehman Hüseynovla bağlı süni yaradılan məsələdən danışarkən deyib.
M.Qurbanlı Avropa Parlamentinin qəbul etdiyi son qətnaməyə toxunaraq qeyd edib: “Orada müzakirələrə nəzər salanda görürsən ki, cəmi 751 deputatdan 30-u iştirak edir. Çıxışlara baxanda isə görmək olur ki, bu adamlar yazdıqlarını belə oxuya bilmirlər. Həmin yazılar bəlkə də onlara çıxışdan 10 dəqiqə əvvəl verilib. Bu adamlar məsələdən xəbərsizdirlər. Bunlar bir daha onu göstərir ki, bu, qurulma işdir. Bunun Azərbaycana heç bir təsiri yoxdur. Çünki Azərbaycanın Avropa Parlamenti qarşısında heç bir öhdəliyi yoxdur. Biz Avropa Parlamentinin üzvü deyilik".
O əlavə edib ki, ümumiyyətlə, Avropa Parlamentində təkcə Azərbaycanla bağlı deyil, digər ölkələrlə bağlı da ikili standartlı yüzlərlə bu tip qətnamə qəbul olunub: "Əgər Avropa Parlamenti problem axtarırsa, problem onların elə özündədir. Elə Avropa ölkələrində baş verən hadisələrə baxsınlar. Orada hələ də insan hüquqları pozulur”.


Xəbəri paylaş

5268 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___