Zəlzələnin təsirindən Azərbaycanda bu vulkanlar aktivləşə bilər - SİYAHI
Tarix: 08-02-2019 | Saat: 12:51
Bölmə:Karusel / Gündəm | çapa göndər
Fevralın 5-də Şamaxı-İsmayıllı bölgəsində baş verən zəlzələ Şamaxıda 3, Qobustanda 1 palçıq vulkanının aktivləşməsinə səbəb ola bilər.
Bunu trend-ə AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev deyib.
Güclü zəlzələlərin vulkanların aktivləşməsinə təsir göstərdiyini söyləyən alim baş vermiş zəlzələ ilə əlaqədar Şamaxıda “Dəmirçi”, “Qızmeydan”, “Quşçu”, Qobustanda “Şıxzərli” vulkanlarında aktivləşmənin olacağını ehtimal edir:
“Əgər vulkan enerjisini toplayaraq püskürməyə hazır vəziyyətə gəlib çatıbsa və zəlzələ episentrindən 80-100 km radiusda olarsa, zəlzələ vaxtı yaranan gərginlik vulkanın püskürməsinə səbəb olur. Bu vulkanlar zəlzələ ocaqlarına yaxındırlar. Buna görə də bu vulkanların püskürəcəyini ehtimal edirəm. Ola bilər ki, aktivləşmə püskürmə şəklində olmasın, amma ümumilikdə vulkanın fəaliyyətində aktivləşmə yaransın və axınlar əmələ gəlsin”.
Xatırladaq ki, fevralın 5-də Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Həmin gün Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində də zəlzələ qeydə alınıb.
Xəbəri paylaş
4028 dəfə oxunub.
Digər xəbərlər

7-01-2017, 10:11
Manatın 3 günə olan məzənnəsi
8-02-2022, 11:54
Məktəblər bağlanacaq? - Rəsmi cavab
23-03-2015, 00:19
Qadın özünü körpüdən atdı - VİDEO -Dəhşət
28-05-2022, 11:45
Nəcməddin Sadıkovun “sağ əli” həbs olundu
29-12-2015, 12:15
Şəhidin bu şeiri ürəkləri dağladı - VİDEO
30-11-2015, 18:20
Bərdə Olimpiya İdman Kompleksində yeniyetmələr arasında açıq rayon birinciliyi keçirildi
16-05-2017, 11:52
Bu gün 3000-dən çox şagird imtahan verir
4-07-2021, 09:56
110 yaşlı Mahmud kişi - Hər gün 2 litr kola içir - FOTO
2-11-2017, 11:06
Ermənistan atəşkəsi pozdu