Azərbaycanda güclü yeraltı təkanlar gözlənilir?
Tarix: 11-02-2019 | Saat: 11:30
Bölmə:Karusel / Gündəm | çapa göndər
"Hazırda ölkə ərazisində zəlzələnin afterşokları davam edir. Bundan sonra da afterşokların davam edəcəyi gözlənilir”.
Bunu açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) mətbuat katibi Vüsalə Rafiqqızı deyib.
O bildirib ki, zəlzələ ocağı sönənə qədər afterşoklar davam edəcək: "Fevralın 9-da axşam saatlarında Ağsu rayonu ərazisində növbəti yeraltı təkan qeydə alındı. Bu, afterşok idi. Həmin zəlzələ 3 bala qədər hiss olundu. Biz əvvəllər də dediyimiz kimi, episentrdə zəlzələ ocağı sönənə qədər afterşoklar davam edəcək. Mümkündür ki, bu afterşokların içərisində hiss olunanları da olsun. Məsələn, fevralın 5-də baş verən yeraltı təkanın afterşokları fevralın 9-da axşam saatlarında yenidən hiss olundu. Sadəcə olaraq, afterşoklar zəlzələnin baş verdiyi ərazilərdə hiss edilir”.
V.Rafiqqızı qeyd edib ki, güclü yeraltı təkanların baş verəcəyi gözlənilmir: "Dediyim kimi, bundan sonra da afterşokların davam edəcəyi gözlənilir. Təbii ki, hansı maqnituda ilə baş verəcəyini demək çətindir. Hər halda fevralın 5-də baş verən titrəyişlərin təkrar olunması gözlənilmir. Yenə deyirəm ki, aşağı maqnituda ilə yeraltı təkanların hiss olunması gözlənilir”.
Xəbəri paylaş
4458 dəfə oxunub.
Digər xəbərlər

11-07-2016, 23:40
Təbii ağrıkəsici vasitələr
2-06-2017, 21:23
“Real” Kardiffə iki Zidanla getdi
30-09-2016, 01:13
Yaponlardan yeni çətir dəbi - FOTOLAR
27-01-2016, 20:27
“Xanımı ilə gündəmə gələn səfir işdən çıxarıldı
10-01-2019, 12:17
Azərbaycan səfirliyinə şübhəli bağlama göndərildi
30-11-2022, 11:42
Sumqayıtda küçədə qadın kişini qətlə yetirdi (YENİLƏNİB)
24-01-2017, 21:24
Gözaltı torbalardan xilas olmağın təbii yolları
29-09-2016, 17:07
"Öləcəm" dedi, toy günü həyatını itirdi - Bakıda toyda FACİƏ
17-06-2016, 12:25
Böyrəyini aldı vəd etdiyi pulu ödəmədi
23-05-2019, 14:50
Dəmiryol Vağzalında QƏRİBƏ QAYDA - Məlumat almaq 1 manatdır