Mart ayının pensiyaları Novruza qədər veriləcək - RƏSMİ
Tarix: 12-03-2018 | Saat: 21:29
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən mart ayı üzrə bütün pensiyaların maliyyələşdirilməsi Novruz bayramına kimi başa çatdırılacaq.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat verib. O bildirib ki, Novruz bayramı ilə əlaqədar mart ayının pensiyalarının nəzərdə tutulan qrafikdən daha əvvəl olmaqla, bayrama qədər ödənişinin həyata keçirilməsi üçün aidiyyəti işlər aparılır. Sabahdan etibarən Bakı şəhəri üzrə pensiyaların maliyyələşməsinə başlanılacaq, növbəti günlərdə isə mərhələli şəkildə ölkənin digər əraziləri üzrə pensiyalar ödəniləcək.
Tələb olunan vəsait Fondun mərkəzi xəzinə hesabından müəyyən olunmuş qrafikdən əvvəl yerli orqanların hesablarına köçürülməklə, Novruz bayramına qədər bütün ölkə üzrə pensiyaların maliyyələşdirilməsinin yekunlaşdırılması nəzərdə tutulur.
Şöbə müdiri vurğulayıb ki, son bir ildə Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 2016-cı ilə nisbətən 7 faizə yaxın, o cümlədən məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 8,72 faiz artıb. Həmin daxilolmalarda artım cari ildə davam edib. Bu artım dinamikasının, habelə Maliyyə Nazirliyinin dəstəyinin nəticəsi kimi bütün ölkə üzrə mart ayının pensiyalarının bayrama qədər maliyyələşdirilməsinə imkan yaranıb. “2018-ci ilin 01 yanvar tarixinə olan məlumata əsasən, ölkədə 1 milyon 318 min 446 nəfər əmək pensiyası alır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 09 fevral 2018-ci il tarixli “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Sərəncamı cari ilin əvvəlindən pensiyalarda növbəti artımın təmin edilməsinə imkan verib. Sərəncama əsasən, 2018-ci il yanvarın 1-dən əmək pensiyalarının 2017-ci il üzrə əmək haqlarının orta aylıq artım tempinə uyğun, yəni 5,7 faiz səviyyəsində indeksləşdirilərək artırılması təmin edilib”.
Xəbəri paylaş
1 0778 dəfə oxunub.
Digər xəbərlər

5-11-2018, 11:43
Qripdən qorunmaq üçün 8 MƏSLƏHƏT
29-12-2015, 11:42
ATV-nin aparıcısı azərbaycanlılara nadan dedi - ŞOK VİDEO
23-12-2017, 12:13
Azərbaycanda körpələrə ən çox qoyulan adlar – İLİN YEKUNU
7-09-2022, 12:12
Bakıda ana uşaq doğan 13 yaşlı qızından və nəvəsindən İMTİNA ETDİ
11-12-2017, 10:42
BAKIDA DƏHŞƏT-Yeznəsini və onun atasını güllələdi
11-09-2016, 12:05
Valideyn öz uşağını vura bilərmi?
24-07-2015, 17:48
Prezident sərəncam verdi: komitə yaradılsın
20-03-2015, 21:25
Zülfiyyəni belə görməmişdiniz - Fotolar
17-04-2019, 17:18
Prezident “ASAN xidmət”in işçilərinin sayını artırdı