Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
BENZİN BAHALAŞACAQ? - İqtisadçılardan ŞƏRH
Tarix: 17-08-2018 | Saat: 13:03
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər

BENZİN BAHALAŞACAQ?
Ötən gün sosial şəbəkələrdə “Aİ-95” premium markalı benzinin qiymətinin qalxacağı ilə bağlı xəbərlər yayılmışdı. Qiymət artımı ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirməyib.
Maraqlıdır, benzinin bahalaşması bağlı yayılan informasiyalar yaxın günlərdə reallaşa bilər?
“Bu istiqamətdə konkret fikir demək çox çətindir”.
Bu sözləri açıqlamasında iqtisadçı Rəşad Həsənov bildirib. Onun sözlərinə görə, hazırda dünya bazarlarında neftin qiymətlərində müəyyən qədər artımlar var. İqtisadçı düşünür ki, 2018-ci ildə qiymət artımlarına gedilməyəcək.
İqtisadçı Cəfər İbrahimli isə qeyd edib ki, “Aİ-95” premium markalı benzin kənardan gətirildiyi üçün burada qiymətlər sərbəst tənzimlənir:
““Ai-92”markalı benzin isə dövlət rərəfindən tənzimlənir. Dizel yanacağı xaric olmaq şərtilə “Aİ-95” və “Ai-92” markalı benzinlərin qiyməti tənzimlənib. Yaxın günlərdə onların yenidən düzənləməyə gedəcəyini düşünmürəm. Neftin qiymətində hazırki situasiyada ciddi bir dəyişiklik yoxdur. Belə bir halda təkrar benzinin qiymətinin Tarif Şurası tərəfindən artırılması gözlənilən deyil. Hesab edirəm ki, sənayenin davamlılığı üçün dizel yanacağının yaxın vaxtlarda qiymətinin qaldırılması gözlənilən deyil”.
 


Xəbəri paylaş

6908 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___