Sevil Əliyeva üçün özəl gün - FOTOLAR
Tarix: 12-10-2018 | Saat: 09:56
Bölmə:M / Karusel / Foto-fakt / Təbriklər | çapa göndər
Xəbəri paylaş
7648 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 12-10-2018 | Saat: 09:56
Bölmə:M / Karusel / Foto-fakt / Təbriklər | çapa göndər
Oktyabrın 12-si Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bacısı Sevil Əliyevanın ad günüdür.
Xeberaz.Az xəbər verir ki, Sevil Əliyevanın 63 yaşı tamam olur.
Sevil Heydər qızı Əliyeva 1955-ci il oktyabrın 12-də Bakıda anadan olub. 1961-1971-ci illərdə orta məktəbdə, eyni zamanda musiqi məktəbində təhsil alıb. 1971-1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini ərəb dili şöbəsində ali təhsil alıb.
1977-1980-cı illərdə Moskvada SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aspiranturasında oxuyub. 1981-ci ildə elmi tədqiqatını başa çatdırıb, namizədlik dissertasiyası müdafiə edib. Tarix elmləri namizədidir.
1981-1986-cı illərdə SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı olub.
Bir qızı, iki oğlu var.
Sevil Əliyeva uzun illərdir övladları ilə birgə Londonda yaşayır. 1986-cı ildən musiqi sahəsində fəaliyyətini davam etdirən S.Əliyeva bir sıra mahnıların, o cümlədən anası, mərhum akademik Zərifə Əliyevaya həsr etdiyi "Ana" elegiyasının müəllifidir. O, həm də "Space" Televiziyasının qurucusudur.
S.Əliyeva "Sevil" Qadınlar Məclisinin sədri, "SOS" Uşaq Kəndləri - Azərbaycan Assosiasiyasının fəxri prezidentidir.
Sevil Əliyevanın oğlu Azər Əliyev hazırda Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidentidir.
Xəbəri paylaş
Digər xəbərlər
24-10-2015, 23:39
Azərbaycanlı biznesmenləri oğurlayan dəstə darmadağın edildi
3-04-2016, 18:10
Düşmənin vurulmuş tankları - VİDEO
18-05-2022, 10:52
Bu gün bu yerlər PULSUZ OLACAQ
18-09-2016, 17:20
Səmranın gecə əyləncəsi: "Anam görəndə şok olacaq" - FOTO
29-11-2015, 20:10
Hərənin öz mollası: Varlıların ayrı, kasıbların ayrı...
18-06-2016, 18:25
Belçikada qanlı terrorun qarşısı alındı
29-05-2022, 11:39
Bakı səmasındakı bu görüntü gündəm oldu - VİDEO
7-05-2021, 22:06
Ərdoğan və Lukaşenko arasında telefon danışığı olub
14-01-2022, 12:16
"Tələbə olanda günü bir "şirvana" ofisiant işləyirdim" - VİDEO