Sabah leysan olacaq - PROQNOZ
Tarix: 12-10-2018 | Saat: 14:58
Bölmə:Karusel / Gündəm | çapa göndər
Xəbəri paylaş
4888 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 12-10-2018 | Saat: 14:58
Bölmə:Karusel / Gündəm | çapa göndər
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var . Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 13-15, gündüz 16-19, Bakıda gecə 13-15, gündüz 17-19 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 85-95, gündüz 60-70 faiz olacaq.
Azərbaycanın rayonlarında oktyabrın 13-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı ehtimalı var. Gündüz yağışda fasilə olacaq. Qərb küləyi əsəcək, gecə və səhər bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 11-16, gündüz 17-22, dağlarda gecə 4-9, gündüz 9-14 dərəcə isti təşkil edəcək.
Xəbəri paylaş
Digər xəbərlər
28-07-2015, 11:08
Cabir İmanov ikinci dəfə evləndi – FOTO
3-06-2016, 19:10
Rusiya Ermənistanın hava məkanını tamamilə ələ keçirir
15-07-2023, 10:41
45 dərəcə istiyə dözməyən şəxs günəşi DAŞLADI - VİDEO
27-09-2016, 00:44
Rəy Monitorinq Mərkəzinin keçirdiyi “Exit-Poll”un nəticələri
18-01-2016, 14:05
Türkiyədə məktəb partladıldı: ölən və yaralananlar var – VİDEO
22-06-2022, 11:21
Azərbaycanda hər uşağa görə 300 manat veriləcək - ŞAD XƏBƏR
28-09-2016, 19:10
Ukraynada öldürülən azərbaycanlı tələbənin qardaşı: 'Qardaşımı vəhşicəsinə öldürüblər' - VİDEO
19-10-2018, 16:37
Pensiyalar artacaq: büdcə artırıldı
18-06-2016, 18:52
Trasdan narazı qalan pilotlar evə qayıtsınlar - Ekklstoun