Aliment borcuna görə QAYINATASINI ÖLDÜRDÜ: Söhbətimiz düz gəlmədi...
Tarix: 08-11-2018 | Saat: 12:06
Bölmə:Karusel / Hadisə | çapa göndər
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Samir Şabanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
Təqsirləndirilən şəxs S.Şabanov ittiham üzrə özünü qismən təqsirli bilib. O qeyd edib ki, bir müddət əvvəl həyat yoldaşı ilə ayrılıb və məhkəmə ona övladına görə aliment kəsib: "Hər ay aliment verə bilmirdim. 6 min manat aliment borcum vardı. Borca görə məhkəmə icra şöbəsindən çağırdılar. Keçmiş qayınatam məndən şikayət etmişdi. İcraçıların yanına getdim. Qayınatam də ordaydı. Mübahisə elədik və çıxıb evə getdim. Məsələni aydınlaşdırmaq üçün axşam yenə onunla görüşdük. Söhbətimiz düz gəlmədi, mən də onu vurdum”.
Proses noyabrın 7-də davam edəcək.
İttihama görə bu il aprelin 21-də Sabunçu rayonunun Maştağa qəsəbəsində qəsəbə sakini Hətəm Şabanovun küt alətlə qətlə yetirilmiş meyiti tapılıb. Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Samir Şabanov saxlanılıb.
Ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib.
Xəbəri paylaş
5028 dəfə oxunub.
Digər xəbərlər

3-01-2017, 17:38
Oğul anasını döyüb öldürdü - Gədəbəydə
1-08-2016, 11:13
Azərbaycanda həbsxanada toy: Tofiq Yaqublunun qızı ərə gedir
11-10-2018, 15:56
Xoşqədəmi ölümlə təhdid edirlər - Aparıcı DİN-dən kömək istədi
17-11-2015, 00:09
Rihanna üzr istədi - foto
22-04-2019, 14:35
Sabah intensiv yağış olacaq - HAVA PROQNOZU
10-03-2016, 15:55
Neftin qiyməti 60 dolları keçə bilər
3-11-2018, 11:47
Hər dənəsində həyat var...
20-12-2016, 10:32
Partlayıcı düzəltdi, barmaqları kəsildi - Zaqatalada
25-06-2015, 14:12
PA rəsmisi İrəvan üsyanından danışdı
12-08-2017, 09:42
Bikinidə namaz qıldı - İnanılmaz görüntülər