Milli Məclisdə özünü psixoloq kimi təqdim edən Nərmin Şahmarzadənin Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovla bağlı səsləndiriyi fikirlərə münasibət bildirilib.
Spiker Oqtay Əsədov deyib ki, Mübariz İbrahimovla bağlı deyilən məsələ ətrafında müzakirələri izləyib. Onun sözlərinə görə, xalqın sosial şəbəkələrdə bu məsələyə hansı diqqəti göstərdiyi aydın görünür: "İnsanlar Milli Qəhrəmana olan münasibətlərini ortaya qoydular. Belə cılız məsələləri Milli Məclis səviyyəsində qaldırmaq, müzakirə etmək düzgün deyil. Bunun əleyhinəyəm. Bu insan heç universitet də bitirməyib, onun psixoloq olmasına hələ illər lazımdır. Belə olan halda, nəyə görə onun haqqında müzakirə açmalıyıq? O xanımın cavabını xalq verdi, ona görə də xahiş edirəm, bu məsələnin üzərində çox dayanmayaq".
Qeyd edək ki, deputat Fəzail Ağamalı və Fəzail İbrahimli çıxış edərək Nərmin Şahmarzadənin fikirləri ilə bağlı sərt çıxış ediblər. Onlar Milli Qəhrəman haqqında belə aşağılayıcı sözlərin işlədilməsini pisləyiblər.
F.Ağamalı deyib ki, son vaxtlar ayrı-ayrı sosial şəbəkələrdə Azərbaycana qarşı yenə də böhtan, qərəz, təhqir dolu fikirlər ifadə olunmaqdadır: "Bu, Avropada yerləşən antimilli qüvvələr tərəfindən ən müxtəlif layihələrlə Azərbaycanın bəzi gənclərinin beyinlərinin yuyulması hesabına həyata keçirilir. Əlbəttə, bütün bunlara qarşı Azərbaycanın dövlət təhlükəsizliyində mühüm rol oynayan hüquq-mühafizə orqanları artıq ciddi hərəkətə keçməlidir, bu cür insanlara qarşı Azərbaycan qanunları çərçivəsində konkret və ciddi addımlar atılmalıdır".
Oqtay Əsədov: "Nərminin cavabını xalq verdi"
Tarix: 18-12-2018 | Saat: 13:52
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Xəbəri paylaş
5388 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 18-12-2018 | Saat: 13:52
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
21-06-2015, 14:40
«Zorlayır, sonra da başqalarına ötürürdülər...»
24-02-2017, 23:13
Maraq doğuran — FOTO ŞƏKİLLƏR
16-09-2019, 09:26
Azərbaycanda yeni dərs ili başladı
2-12-2016, 19:53
Vanqadan varlanmaqla bağlı TÖVSİYƏLƏR
9-12-2017, 12:55
İstirahət günü hava necə olacaq?
16-11-2021, 10:58
Ermənilərdən növbəti TƏXRİBAT - Bu ərazilər ATƏŞƏ TUTULDU
7-07-2016, 00:10
Kəlbəcər rayonundan olan, bir qurup şəhid və aztəminatlı ailələri sevindirdi- Cavid Qurbanov
19-07-2019, 19:16
Nazir müavinləri vətəndaşlarla görüşdü
4-05-2016, 02:18
Ermənistan tullantılar mənbəyidir - Natçkebia