Bakıda masaj salonu fahişəxana çıxdı
Tarix: 18-12-2018 | Saat: 20:33
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər
Paytaxtın Nəsimi rayonu ərazisində Tamilla Axundovanın tamah niyyəti ilə nəvəsi Eldar Əfəndiyev tərəfindən qəsdən öldürülməsi faktına görə başlanmış cinayət işinin istintaqı Bakı şəhər prokurorluğunda davam etdirilir.
Bakı şəhər prokurorluğundan verilən məlumata görə, istintaq zamanı təqsirləndirilən şəxs E.Əfəndiyev ifadəsində cinayət yolu ilə əldə etdiyi əmlakı satıb pul əldə etdikdən sonra tanışı ilə birlikdə paytaxtın Nəsimi rayonu ərazisində “Masaj” adı ilə fəaliyyət göstərən obyektə gələrək orada pul müqabilində təqdim olunan qadınlarla intim əlaqədə olduqlarını bildirib.
Qeyd edilən xüsusatın istintaq yolu ilə araşdırılması zamanı müəyyən edilib ki, 1984-cü il təvəllüdlü Güləndam Murtuzova 2017-ci ilin sentyabr ayından etibarən həmin obyektin yerləşdiyi iki otaqlı mənzildə fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvası təşkil edərək şərait yaradıb və müxtəlif məbləğlər qarşılığında qadınların ayrı-ayrı kişilərlə intim münasibətdə olmasını təşkil edib.
G.Murtuzova Cinayət Məcəlləsinin 244.2.1-ci (əxlaqsızlıq yuvaları saxlama, təkrar törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Xəbəri paylaş
4848 dəfə oxunub.
Digər xəbərlər

11-02-2018, 16:25
Bakıda marşrut avtobusu yandı
18-02-2017, 13:46
Bakıda təmiz su fırıldağı: qapı-qapı gəzən təhlükə-FOTO
26-05-2016, 10:37
Bakıda maşın piyadanı vurdu
25-05-2019, 11:51
Bakıda kafe sahibi qətlə yetirildi
17-05-2019, 16:00
Azərbaycanda əhali ən çox bu xəstəlikdən əziyyət çəkir
18-04-2020, 13:57
Anar Ziyaoğlu, sənə və XALQA - DONALD TRAMP yox, prezidentin İLHAM ƏLİYEV QALACAQ!
4-09-2016, 12:21
Qadınların ən çox sevdiyi tatular (FOTO)
29-05-2015, 02:19
İradə İbrahimova ikinci dəfə ana olmağa hazırlaşır
8-03-2016, 17:28
15 yaşlı gəlin qadınlar günündə intihar etdi - FOTO
4-11-2016, 18:39
Yəhudi anaların uşaqlarını dahiyə çevirən 6 primitiv tərbiyə metodu