Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Tərəqqi” medallı jurnalist Natiq Qocaman ölüm ayağındadır: Mətbuat isə susur və həmrəylik nümayiş etdirmir...
Tarix: 08-02-2019 | Saat: 22:34
Bölmə:Karusel / Gündəm / M2 / Araşdırma | çapa göndər


Mətbuatda jurnalistlər arasında ayrı-seçkilik salınması, birinin “qızıl”, digərinin isə “ gümüş” olması kimi xoşagəlməz münasibət görəsən haradan əmələ gəlib? Maraqlıdır...
Azərbaycanda son illərdə müxtəlif səbəblərdən dünyasını dəyişən və ya hansısa qorxulu xəstəliyə tutulan jurnalistlərə münasibətdə mətbuat həmişə həmrəylik nümayış etdirib, dünyasını dəyişənlərin mətbuatımızdakı cüzi bir rolu belə jurnalistlər tərəfindən yüksək dəyərləndirilib. Qorxulu xəstəliyə tutulan jurnalistlərə münasibətdə mətbuatda həmrəylik nümayiş etdirilməsi müvafiq qurumların diqqətinin bu problemə cəlb edilməsinə və dövlət tərəfindən ona yardım göstərilməsinə səbəb olub. Təəssüflər olsun ki,biz bu gün “Oxu məni” qəzetinin keçmiş həmtəsisçisi və baş redaktoru, Mediapress Xəbər Agentliyinin Baş redaktoru, “Tərəqqi” medallı, deputatlığa keçmiş namizəd, hazırda ölüm ayağında çırpınan və bir həftədən artıq komada olan jurnalist Natiq Qocamana münasibətdə bunu görmürük.  Niyə jurnalistlərin birinin həyatı dəyərli, digərinin isə həyatı dəyərsiz olur? Bunu bax biz başa düşməkdə çətinlik çəkirik. Azərbaycan mətbuatının inkişafına öz dəyərli töhfələrini verən “Oxu məni” qəzeti  bu günə kimi onlarla jurnalist yetişdirib və onlardan çoxu məhz Natiq Qocamanın yanında bu sənətin sirlərini öyrəniblər və hazırda müxtəlif mətbu orqanlarda çalışırlar. Bəs həmin jurnalistlər haradadırlar? Onlar niyə bu günə kimi keçmiş müəllimlərinin, Natiq Qocamanın vəziyyəti ilə maraqlanmayıblar, ailəsinə dəstək olmayıblar, yanına yoxlamağa getməyiblər, bu barədə mətbuatda yazmayıblar? Görünür belələrinin çörəyi dizinin üstündədir, hər halda bunu başqa cür başa düşmək mümkün deyil.
Yenə də təəssüf  hissi ilə qeyd etmək istəyirik ki, bu gün bir həftədən artıq  müddətdə ölüm ayağında-komada olan jurnalist Natiq Qocamana münasibətdə digər xəstə jurnalistlərə, o cümlədən Nicat Dağlara, Mahir Məmmədliyə münasibətdə jurnalistlər tərəfindən nümayiş etdirilən həmrəyliyi biz görə bilmirik. Bəs Azərbaycan jurnalistlərinin problemlərinin həlli, onlara yardım məqsədi ilə yaradılan Mətbuat Şurası, onun sədri millət vəkili Əflatun Amaşov və digər müvafiq qurumlar niyə Natiq Qocamanın taleyinə münasibətdə biganəlik nümayiş etdirir, digər analoji vəziyyətdə olan həmkarlarımıza göstərdikləri diqqət və qayğını ona göstərmirlər? Mətbuat Şurası ən azından ölüm ayağında olan jurnalist Natiq Qocamanın ağır vəziyyətinə biganə qalmamalı idi. Cənab Əflatun Amaşova bir də xatırlatmaq istəyirik ki, Natiq Qocaman əlində qələm dövlətimizə sədaqətlə xidmət edib və buna görə prezidentimiz tərəfindən “Tərəqqi” medalı ilə təltif edilib. Biz sonda Mətbuat Şurasının sədri Əflatun Amaşov başda olmaqla bütün vicdanlı jurnalistlərə müraciət edir, onları Natiq Qocamanla  həmrəy olmağa çağırırıq: Cənablar, unutmayın ki, bu hadisə sabah hamımızın başına gələ bilər, Natiq Qocamana, qələm yoldaşınıza münasibətdə həmrəylik nümayiş etdirin ki, sabah Sizinlə də həmrəy olsunlar!
Emin Axundov
“Mətbuat” firması, “Mediainfo.az” saytı  və “Oxu məni” qəzetinin kollektivi adından


Xəbəri paylaş

7678 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___