Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bu gün Kiçik çillənin son günüdür
Tarix: 20-02-2019 | Saat: 10:41
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bu gün Kiçik çillənin son günüdür - Yerini "Boz ay"a verir

Xalq arasında uzun illərin müşahidələri əsasında formalaşan qeyri-rəsmi təqvimə görə, bu gün "qışın oğlan çağı" – kiçik çillə çıxır.

Xalq təqviminə görə, "qışın oğlan çağı" – kiçik çillə fevralın 20-də çıxıb, öz yerini "boz ay"a verir.

Kiçik çillə yanvarın 31-dən fevralın 1-nə keçən gecədən başlamışdı. Kiçik çillə adətən şaxtası, sazağı, qarı-çovğunu ilə fərqlənir.

Xalq təqviminə görə, qış fəsli 3 hissəyə bölünür: Böyük çillə 40 gün, Kiçik çillə 20 gün çəkir. Onlardan sonra Novruzadək qalan 30 gün "Boz ay" adlanır.

Yəni, dekabrın 21-dən yanvarın 31-dək Böyük çillə, yanvarın 31-dən fevralın 20-dək Kiçik çillə, fevralın 20-dən martın 20-dək "Boz ay" davam edir.

Martın 21-nə keçən gecə daha bir təbiət hadisəsi - yaz gecə-gündüz bərabərliyi baş verəcək.

Qeyd edək ki, Azərbaycana bu il yaz fəsli martın 21-də Bakı vaxtı ilə saat 01.58-də daxil olacaq.

AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, bu il ilk çərşənbə - Su çərşənbəsi fevralın 26-na təsadüf edəcək.

Martın 5-də Od, martın 12-də Yel çərşənbəsi olacaq. Novruzun ilaxır - Torpaq çərşənbəsi isə martın 19-da qeyd ediləcək.

Xatırladaq ki, bu il Novruz bayramı ilə əlaqədar 20, 21, 22, 23, 24 mart qeyri-iş günləri olacaq. Bu il bayram günü hesab edilən 23 və 24 mart həftələrarası istirahət günləri ilə üst-üstə düşdüyündən 25, 26 mart da qeyri-iş günü hesab ediləcək. Beləliklə, Novruz bayramı günlərində 20-26 mart tarixləri qeyri-iş günləri olacaq.


Xəbəri paylaş

4498 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___