Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
YƏHYA BABANLI FHN-nin sözçüsü olaraq sözünü tutdumu?
Tarix: 12-04-2019, 13:47 | Saat: 15:47:00
Bölmə:M / Karusel / İqtisadiyyat / Gündəm / Xəbəraz-ın debatı | çapa göndər

Diqlas Ticarət Mərkəzində baş verən yanğın zamanı elə hadisə yerindəcə medianın suallarının bir qismini cavablandıran Fövqəladə hallar Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yəhya Babanlı bir sıra maraqlı məqamlarla yadda qaldı. İlk öncə mətbuatda və cəmiyyətdə artıq  rezonansa səbəb olan gülünc təbəssümlü media işçisiylə selfi çəkdirməsi həmin zaman ölkə gündəmində oıan qlobal məsələyə bir ziddiyyəti  təcəssüm etdirdi. Yəni Yəhya müəllimin bu qurumdan öncə  mühüm strateji bir dövlət qurumu olan Azərenerji ASC -nin Mətbuat rəhbəri vəzifəsində çalışdığını nəzərə alsaq , onun barəsində artıq bir kadr olaraq tam təcrübə yığaraq formalaşmış vəzifəli şəxs olduğu qəbul edilirdi. Lakin Paytaxt Bakını həmin gün qara his dumana qərq edən Diqlas yanğın hadisəsi zamanı və ələlxüsus da bir sıra dövlət qurumlarının da həmin vaxt bu baş verənləri diqqət mərkəzində saxlaması, hətta Fövqəlbaşqan Cənab Kəmaləddin Heydərovun da hadisə yerinə gələrək çox acı təəssüf hisslərinin açıq- aşkar görünməsi Yəhya Babanlı jestləri ilə əks  göstərici anlamını ortaya çıxarmış oldu.Bundan başqa , yanğın təhlükəsinə qarşı hər hansı bir obyektin Siqnalizasiya sistemi barəsində həmçinin bu barədə də müvafiq qanunvericiliyin tələblərin pozulmasına hansı tədbirlərin  görülməsinə çox səthi açıqlama verməsi bir daha qaranlq məqamları ortaya çıxartdı. Axı nə üçün obyektə quraşdırılmalı olan yanğın siqnalizasiya sisteminin və yanğın su kranlarının avtomatik işə düşmə cihazları barəsində Yəhya Babanlı məlumat verə bilməyərək kamera qarşısından tələsik uzaqlaşmağa çalışırdı? Görünür , Vənab Babanlının, Azərenerji sözçüsü vəzifəsindən Fövqəlnazirliyin sözçüsü postuna qoyulması ya qənaətbəxş deyil, ya da Azərenerjidəki məlum 3 iyul qəzalarında da media qarşısında çıxış edə bilməməsi halının təkrarlanması demək idi. Axı bunu başqa nəcür çözək  cənab Yəhya Babanlı?
 Həmin videomüsahibəni sizə təqdim edirik əziz izləyicilər.


Xəyyam Qurbanlı.

1158 dəfə oxunub.
<>
Ömərov Toğrul İsgəndər oğlu. Uşaq Cərrahı PhD. Qəbula yazılmaq +994506729224. Usaqcerrahi.az
Əlaqə üçün: (WhatsApp) +994506729224 (İnstagram.com)⬇ ➡@rtogrulomarov_ushaq_cerrahi

Bölməyə aid digər xəbərlər
5-03-2016, 10:35 Cəbhədə gərgin gecə

{sape_links}{sape_article}
bütün xəbərlər
____ Instagram ___