Özünü asan Mahirənin ərinin birinci arvadından ŞOK sözlər - Ərim donlarımı geyinib...
Tarix: 14-05-2019 | Saat: 16:27
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər
"Mən canımı qurtara bildim, o isə yox"
İsmayıllıda arvadı intihar edən Seyhunun keçmiş həyat yoldaşı ilk dəfə onun haqqında şok ifadələr səsləndirib.
Bu barədə Space TV-də yayımlanan "Gəl, dərdini danış" veriliində məlumat verilib.
40 günün gəlini olan Vüsalənin sözlərinə görə, Seyhunun psixoloji problemləri olub və ona müxtəlif işgəncələr verib:
"Toydan əvvəl bəyənib aldığı donları gecə zorla öz əyninə geyinib, ayaqqabılarıda ayağına iplə bağlayıb güzgüdə özünə baxırdı. Öz-özünə danışırdı. Siçanı öldürüb çəkdiyi şəkli mənə göstərib deyirdi ki, bu siçanın başını qopardığım kimi sənin də başını qopararam".
Seyhun keçmiş həyat yoldaşını toy gecəsi bakirə çıxmadığı üçün boşadığını bildirib. Lakin Vüsalə bu iddiaları rədd edib:
"Əgər hər şey onun dediyi kimi idisə, niyə toyun səhəri məni gətirib evimizə qoymadı. O, yalan danışır. Mənə etdiklərini Mahirəyə də edib. Mən canımı qurtara bildim, o isə yox".
Qeyd edək ki, İsmayıllıda intihar edən 5 ayın gəlini Mahirə Hüseynovanın ailəsi onun ölümündə həyat yoldaşını ittiham edib. Onlar bildiriblər ki, qızlarının əri Seyhun həddindən artıq qısqanc olub.
Ailə üzvləri Mahirənin intihar həddinə çatdırıldığını, yaxud öldürüldüyünü idda ediblər. Bu barədə Space TV-də yayımlanan "Gəl, dərdini danış" veriliində məlumat verilib. Efirdə intihar edən gəlinin toyundan kadrlar nümayiş etdirilib. Kadrlarda diqqət çəkən məqamlar gözdən qaçmayıb. Xüsusən Mahirənin ərinin qısqanclığı, ona toyda oynamağa icazə verməməsi və toyu yarıda tərk etmələri hər kəsin diqqətini cəlb edib.
Mahirənin dayısı "Gəl dərdini danış" verilişində mərhuma zülmlər verildiyini iddia edib:
"Hamımız Mahirə gəlin köçəndən sonra İvanovkaya qonaq getdik. Ancaq mən oğlanı ora gələn görmədim. Çıxdım gördüm, çöldə bir cavan uşaqla oturub. O, dayanan yerdən də evinin içinə - qadınlar oturan yerə giriş var idi. Sanki orada mühafizəçi kimi oturmuşdu ki, bu qız çölə çıxmasın".
Xatırladaq ki, ötən ay İsmayıllı rayonunda intihar hadisəsi baş verib. Hadisə rayonun İvanovka kəndində qeydə alınıb.
Bir neçə ay öncə rayonun Qaraqaya kəndindən İvanovka kəndinə gəlin köçən 2001-ci il təvəllüdlü Mahirə Hüseynova yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asaraq intihar edib. Gənc qadının özünə qəsd etməsinin səbəbi hələ ki, dəqiq məlum deyil.
İlkin ehtimala görə, M.Hüseynova ailə münaqişəsi zamanı əsəbiləşərək intihar edib.
Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır
Xəbəri paylaş
6208 dəfə oxunub.
Digər xəbərlər

21-12-2015, 14:48
Deputat manatın məzənnəsindən danışdı: Ucuzlaşma davam edəcək
16-12-2015, 21:28
Ceyhun Məmmədova ad günündə - gözlənilməz dəyərli hədiyyə - FOTO VİDEO
15-03-2016, 10:56
İlham Əliyevdən Türkiyəyə böyük jest
24-01-2016, 02:37
Bakıda polis əməkdaşı oğru dəstəsinə başçılıq edirmiş
11-01-2021, 21:16
"Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb" - İlham Əliyev
13-02-2022, 23:55
İFAÇI ÖZÜNƏ RESTORAN AÇDI -"AYGÜN KÜBAR"
20-05-2015, 18:45
Gənc güləşçilərimiz Antalya sınağında / HEYƏT
3-12-2018, 11:12
1509 şəhid vərəsəsinə birfədəfəlik ödəniş haqda qərar çıxarılıb
11-10-2015, 15:40
Obama: “Türkiyənin yanındayıq“