Azərbaycan Ordusu genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçirəcək
Tarix: 15-05-2019 | Saat: 16:14
Bölmə:Karusel / Gündəm | çapa göndər
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə mayın 20-dən 24-dək Azərbaycan Ordusunun müxtəlif qoşun növlərinin, qisim, birlik və birləşmələrin cəlb edilməsi ilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək.
Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimin əsas mövzusu düşmənin gecə vaxtı hücumunun dəf edilməsi, müxtəlif istiqamətlərdə ona əks zərbələrin endirilməsi və qoşunlarımızın hücuma keçməsidir.
Təlimlərə 10 minədək şəxsi heyət, 150 tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 35 təyyarə və helikopter cəlb olunacaq.
Çətin relyef, gecə vaxtı və mürəkkəb radioelektron şəraitdə müxtəlif poliqonlarda keçirilən döyüş atışlı təlimlərdə tank, aviasiya, raket və artilleriya hissələri, eləcə də digər döyüş elementləri arasında uzlaşmanın təşkili, düşmənin müdafiəsinin dərinliyində desant və xüsusi manevr qüvvələrinin tətbiqi, idarəetmə orqanlarının bacarıqlarının təkmilləşdirilməsi, o cümlədən şəxsi heyətin mənəvi-psixoloji təminatı məsələləri üzrə tapşırıqlar yerinə yetiriləcək.
Bütün fəaliyyətlər təlimlərdə iştirak edən qoşunların gecə və çətin iqlim şəraitində dəqiq qarşılıqlı əlaqəsinin təmin edilməsi ilə icra olunacaq.
Xəbəri paylaş
4178 dəfə oxunub.
Digər xəbərlər

21-02-2023, 12:45
Cavanlıq və sağlamlıq eliksiri. Çox tanınmış resept!
8-06-2020, 03:30
Moskvada naməlum şəxs ətrafdakılara atəş açıb, yaralılar var
20-09-2015, 00:55
Mikroavtobus yoldakı çuxura düşdü
7-07-2023, 11:43
Siqaret çəkənlərə xəbərdarlıq: "Xərçəng riskini artırır"
26-07-2015, 23:19
Ucar-Ağdaş yolunda dəhşətli yol qəzası baş verdi (VİDEO)
13-09-2016, 15:21
Xoşqədəm Hidayətqızıdan duyğusal FOTO
22-04-2023, 10:17
"Söz vermişdi ki, üçümüz Məkkəyə gedəcəyik, amma..." - Tünzalə Əliyevanın həyat yoldaşı
8-03-2017, 00:07
22 yaşlı qızı bıçaqladılar-Sabirabadda
12-05-2016, 17:56
Zakir Həsənov yeni hərbi hissəsinin açılışında - FOTOLAR
25-10-2015, 01:11
Bakı BMT-nin yubileyini belə qeyd edir - Video