İki uşaq atasını yandırıblar, yoxsa özü intihar edib? – Rəsmi açıqlama
Tarix: 11-06-2019 | Saat: 17:15
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər
İsmayıllı rayonunda iki uşaq atasının özünü yandıraraq intihara cəhd etməsi haqda prokurorluq açıqlama yayıb.
İsmayıllı rayon prokurorluğundan verilən məlumata görə, rayon sakini 1984-cü il təvəllüdlü Ramil Rəcəbalıyevin iyunun 1-də üzərinə tez alışan məhlul tökməklə özünü yandıraraq intihar etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanıb.
Cinayət işi üzrə hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin olunub, şahidlərin ifadələri alınıb və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib. İlkin istintaqla müəyyən edilib ki, qeyd edilən tarixdə R.Rəcəbalıyev ailə-məişət münaqişəsi zəminində qayınatası Ağasəf Məmmədova məxsus evin qarşısında qonşuların və digər şahidlərin yanında əvvəlcədən özü ilə gətirdiyi tez alışan məhlulu üzərinə tökərək alışqanla od vurub yandırmaqla özünü öldürməyə cəhd edib, iyunun 10-da aldığı yanıq xəsarətləri səbəbindən vəfat edib.
İş üzrə dindirilmiş qonşular və hadisənin digər şahidləri ifadələrində R.Rəcəbəliyevin əvvəlcədən özü ilə gətirdiyi tez alışan məhlulu üzərinə tökərək alışqanla od vurub yandırmaqla intihara cəhd etdiyini, eləcə də tez bir müddətdə alovu söndürərək təcili tibbi yardım çağırıb xəstəxanaya çatdırılmasını təmin etdiklərini bildiriblər.
Qeyd edək ki, mərhumun qardaşı Elşən Rəcəbəliyev qardaşının üzərinə benzin töküb yandırdıqlarını bildirmişdi.
Xəbəri paylaş
3938 dəfə oxunub.
Digər xəbərlər

28-07-2018, 11:18
İnfarkt keçirən 64 yaşlı tanınmış bəstəkar VƏFAT ETDI
19-11-2020, 12:39
Ramiz Mehdiyev bu vəzifəsindən AZAD EDİLDİ - FOTO
22-11-2016, 14:04
İstəməyən əsgərliyə getməyəcək - YENİ QƏRAR
10-02-2016, 22:22
“Oğlu İlhaməni təkzib etdi - Yenilənib
20-08-2021, 11:41
“Mall”lara vaksin pasportsuz girsək, bizi nə gözləyir?
4-03-2017, 10:56
“ASAN xidmət” mərkəzlərində daha hansı xidmətlər göstəriləcək?
27-07-2016, 22:51
Azərbaycanlı aparıcının ailəsindən xoş xəbər – FOTO
29-08-2022, 11:55
Günortalar 30 dəqiqə YATIN: NƏTİCƏSİ İNANILMAZDIR
26-03-2022, 11:59
MN: Təxribata cəhd göstərən qanunsuz erməni silahlıları geri çəkilməyə məcbur edilib