Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Rusiyada azərbaycanlı gənci yandırdılar: Evli qadınla görüşürmüş
Tarix: 11-06-2019 | Saat: 17:27
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər

Rusiyada azərbaycanlı gənci yandırdılar: Evli qadınla görüşürmüş - FOTOLAR
Rusiyanın Samara şəhərində azərbaycanlı gənc şəxsi avtomobilində yandırılıb. 

Bununla bağlı “Poxvistnevo-İnform” portalı məlumat yayıb. 

Bildirilir ki, həmin şəxs Azərbaycan vətəndaşı, Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Əhmədov Elmir Cəfər oğludur. 

Onun cəsədi Poxvistnevsk rayonunun Matyan qəsəbəsi ərazisində yanmış “Qazel” markalı maşından tapılıb. 

Aparılan araşdırmalar zamanı məlum olub ki, o, öldürüldükdən sonra yandırılıb. 

Verilən məlumata görə, E.Əhmədov rayonda evli xanımla görüşürmüş. Qadının əri bundan xəbər tutub və azərbaycanlını qətlə yetirib. Cinayətin izini itirmək üçün onu E.Əhmədova məxsus avtomobillə rayon kənarına çıxarıb. Daha sonra qatil azərbaycanlının ayağına benzin töküb və od vurub. 

Qadının taleyi ilə bağlı heç bir məlumat yoxdur. Faktla bağlı araşdırmalara başlanılıb.
(oxu.az)


Xəbəri paylaş

5318 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___