"Sədərək"də ticarətçilər etiraza qalxdı: mağazalar bağlandı, vergi davası gedir
Tarix: 24-06-2019 | Saat: 13:20
Bölmə:Karusel / Gündəm | çapa göndər
"Sədərək” Ticarət Mərkəzində bir qrup sahibkar etiraz əlaməti olaraq bu gün mağazaları bağlayıblar.
Xəbəraz.Az-ın "Yeni Sabah”a istinadən məlumatına görə, iş adamlarından biri deyib ki, etiraza səbəb vergi ilə bağlıdır. O qeyd edib ki, vergi orqanları bir neçə gündür mağazaları yoxlayır və bütün əmlakı qeydiyyata alırlar. Qeydiyyata aldıqlarına görə də indiki pulun yox, yeni gələcək malın vergisini istəyirlər: "Yəni əgər keçən ay 10 min manat malın vardısa, 1 aydan sonra gəlib yoxlayırlar, 11 min manat pul olacaqsa, o zaman min manatın vergisini verməlisən. Sahibkarlar da buna görə narazılıq edir.
Onsuz da bazara yer pulu üçün ödəniş edəndə bunun içində vergilər də var. Onunla yanaşı bu vergini də tələb edirlər. 10-15 gün qabaq vergi nümayəndəsi ilə iclas keçirildi. Orada nümayəndə bildirdi ki, malları öz adınıza gətirin. Mənim də dükanıma 8,600 manat pul yazıblar. O qədər malım var. İclasda dedilər ki, malı öz adınıza gətirin, karqoyla deyil.
Mən də nümayəndəyə dedim ki, tək deyil, gömrük işçisiylə gəlsin. Gedib Türkiyədə firmaya girirəm şalvarın biri 10 dollaradır. Mən deyirəm ki, keçən ilki model alacam, bir az ucuz mal istəyirəm. Mənə keçən ilki 5 dollarlıq malı verir. 5 dollardan öz adıma alıb gətirirəm, 36% vergiyə ödəmə edəndə, deyirlər ki, bu mal 5 dollar deyil, 10 dollardır. Sən yəqin, sənəddə qiyməti azaltmısan. Biri var 5 dolların 36%-ni ödəmək, bir də var 10 dolların”.
Sahibkarın sözlərinə görə, malı 5 dollara gətirəndə gömrükdə bu qiymətlə qəbul etmirlər: "Birinci sistemi gömrükdən düzəltsinlər. Gəlib gömrükdə problem yaşamayacamsa, öz adıma mal gətirə bilərəm. Amma problem olacaqsa, elə 3 dolları karqoya verib gətirərəm. Gömrük ucuz malı ucuz qeydiyyata almır. Köhnə mal da olsa, yeni kimi hesab edib yeniylə hesablayır. Biri var paltaryuyan maşın istehsal edir. Çindən 5 dollar 30 sentə motor alıb gətirmişdi. Gəldi burada 4 gün saxladılar. Dedilər ki, bunun qiyməti 15 dollardır”.
Sahibkar bildirib ki, hazırda yalnız geyim mağazaları açıqdır. Amma təsərrüfat və şirniyyat deyilən ərazidəki mağazalar bağlıdır. Sahibkarlar bazar rəhbərliyinin ofisinin qarşısına toplaşaraq problemin həllini tələb edirlər.
Xəbəri paylaş
4888 dəfə oxunub.
Digər xəbərlər

2-10-2018, 12:52
“Adam gözləyirəm”, “Bir dəqiqəyə çıxıram”, “Xəstəm var”... - BAKIDA illərdir davam edən PROBLEM
21-07-2021, 10:34
Bakıda yeniyetmə özünü 13-cü mərtəbədən atdı
28-04-2016, 20:35
Putinin xəyalı gerçək olur
1-07-2015, 18:45
Mətanət Əsədova: Bütün xalq mənə görə narahatdır
22-01-2022, 11:21
Arnold Şvartsnegger ağır yol qəzasına düşdü - FOTO
16-10-2016, 10:33
Bakıda evlərin qiymətində CİDDİ BAHALAŞMA
3-11-2016, 17:31
Şəhərin mərkəzində çılpaq kişi avtobusun qabağına uzandı - VİDEO
19-08-2021, 10:52
"Hansısa mollabaşın bu cür deməsi biabırçılıqdır" - Elşad Miridən Hacı Surxaya CAVAB
11-04-2022, 10:20
Gəncədə 16 yaşlı qız ana oldu
27-05-2019, 11:20
Bakıda özünü binadan ataraq öldürən gənc qızla oğlanın KİMLİYİ MÜƏYYƏNLƏŞDİ - ADLAR