Gəncə hadisələrinə görə həbs edilən şəxs vəfat etdi
Tarix: 10-07-2019 | Saat: 11:24
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər
Ötən ilin iyul ayında Gəncə hadisələrinə görə həbs edilən şəxs həbsxanada vəfat edib.
“Xəbəraz.Az”ın verdiyi xəbərə görə, mədə xərçəngindən əziyyət çəkən Aydın Qurbanov Penitensiar Xidmətin Müalicə Müəssisəsində ölüb. Bu barədə onun yaxınları məlumat yayıblar.
İttihama görə, Gəncə şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevə qarşı terror aktı törətməkdə təqsirləndirilən Yunis Səfərov həmin silahları müvəqqəti qaytardıqdan sonra Hamlet Abdullayev “Makarov” tapançasını pul müqabilində Pərviz Bayramova və “Kalaşnikov” avtomatını dayısı, Gəncə şəhər sakini Aydın Qurbanova verib. Aydın Qurbanovun gizlətdiyi silahların və sursatın yerinin müəyyən edilməsi məqsədilə onların Gəncə şəhərində qeydiyyatda olduğu ünvanda axtarış aparılıb.
Nəticədə Aydın Qurbanovun yaşadığı binanın çardağından “Kalaşnikov” avtomatı, ona aid 56 ədəd patron və 1 ədəd sandıqça aşkar edilərək götürülüb. A.Qurbanov Cinayət Məcəlləsinin 228.3-cü (mütəşəkkil cinayətkar dəstə tərəfindən qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə, başqasına vermə, satma, saxlama, gəzdirmə, daşıma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.
Xəbəri paylaş
4658 dəfə oxunub.
Digər xəbərlər

1-10-2018, 16:18
Bakıda baş verən dəhşətli qəzada 1 uşaq öldü, 20 nəfər yaralandı
8-11-2018, 12:14
Əlillərin müavinəti artırılacaq? - RƏSMI
25-07-2022, 11:29
Laçında kombayn aşdı - Ölənlər var
6-02-2018, 18:55
İlham Əliyev 2 fərman, 4 sərəncam imzaladı
24-06-2015, 22:24
Mərkəzi Bank kapital çatışmazlığını belə həll edəcək
9-07-2018, 18:12
Dəyişən mənzərə, dəyişməyən ətalət.
22-06-2017, 11:47
Qəndab Quliyevanın həkimi: "Vəziyyəti stabildir, qorxulu heç nə yoxdur" - YENİLƏNİB
27-08-2015, 21:04
Bakıda qatar içərisində 3 nəfər olan maşının üstündən keçdi - Foto
10-03-2016, 10:32
Jerar Depardyenin qızı qadınla sevgilidir (FOTO)
30-04-2016, 20:38
Gənc qız özünü körpüdən atdı - Beli sındı