Etibar Pirverdiyev at ilxısını satdı
Tarix: 16-07-2019 | Saat: 08:42
Bölmə:M / Karusel / İqtisadiyyat / Xəbəraz-ın debatı | çapa göndər
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Etibar Pirverdiyev özünün bahalı cins atlarını satıb
Belə ki, atlara və at yarışlarına xüsusi marağı olan Pirverdyev 2000-ci illərin ortalarından etibarən İngiltərədən bahalı atlar almağa başlayıb.
"Xəbəraz.Az" Qaynarinfo-ya istinadən xəbər verir ki, sabiq "işıq şefi"nin aldığı ən bahalı atın dəyəri 450 min manat (ABŞ dollarının həminki məzənnəsi ilə 500 min dollardan çox) olub.
Bu atların saxlanılmasına "Azərenerji"nin sabiq rəhbəri ayda təxminən 8 min manat xərcləyirmiş. Bu, gündə təxminən 300 manata bərabər bir məbləğdir.
Lakin o, vəzifəsini itirdikdən sonra vaxtilə aldığı cins atları saxlamaq istəməyib və onları əldən çıxarıb. Pirverdiyevin ümumi dəyəri təxminən 1 milyon manatla ölçülən həmin atları satdığı, yoxsa hədiyyə etdiyi konkret olaraq bəlli deyil.
Məlum olan odur ki, Bakının məşhur atçılıq klublarından birində saxlanılan və hər ay bəslənilməsinə külli miqdarda vəsait ayrılan ingilis mənşəli cins atlar artıq Etibar Pirverdievə aid deyil.
Onu da deyək ki, həmin atçılıq klubunda "Azərenerji"nin keçmiş prezidenti ilə yanaşı bir çox başqa iri məmurların da atları var. Həmin məmurların bəziləri artıq postunu itirib, bir çoxu isə hələ də vəzifədədir.
Sözügedən atlar əyləncə məqsədilə yarışlara cəlb edilirmiş.
Xatırladaq ki, atlara xüsusi rəğbəti ilə bilinən Pirverdiyev eyni zamanda Şabran rayonunda dəvə fermasının olması ilə məşhur idi.
Xəbəri paylaş
5528 dəfə oxunub.
Digər xəbərlər

12-05-2017, 11:20
Bu gün Bakı İslamiadasının rəsmi açılışı olacaq
21-01-2021, 08:16
Kılıcdaroğlu 20 Yanvar şəhidlərini belə yad etdi
8-02-2019, 10:43
Azərbaycanlılar daha çox nələrdən narazıdır?
1-07-2015, 16:48
VİDEO: Rusiyada çəyirtkə hücumu - Milyardlarla ziyan
3-09-2020, 12:56
Azərbaycanda DƏHŞƏT: Kişi arvadını balta ilə ÖLDÜRDÜ
3-12-2022, 13:07
Azərbaycanda bu hoteldə əxlaqsızlıq yuvası aşkarlandı
27-08-2018, 13:56
Kartof üstündə keçmiş həyat yoldaşının başını kəsdi — Qanlı cinayətin təfərrüatları
19-10-2021, 08:55
Gecələr yatmamağın 7 ölümcül FƏSADI
28-09-2016, 19:10
Ukraynada öldürülən azərbaycanlı tələbənin qardaşı: 'Qardaşımı vəhşicəsinə öldürüblər' - VİDEO
31-01-2019, 12:51
Alim Qasımovun səhhətində problem yarandı - Həkimlər müalicəsinin olmadığını deyir