18 yaşlı qızı oğurladı - "Ekologiya postu"nda saxlanıldı
Tarix: 10-09-2019 | Saat: 16:53
Bölmə:Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / M2 | çapa göndər
"Ekologiya postu"nda adam oğurlayan şəxs saxlanılıb.
"Xeberaz.Az" “Report”a istinadən xəbər verir ki, Saatlı rayon sakini O.Novruzov (ad-soyad şərtidir) hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, qızı 2001-ci il təvəllüdlü T.Novruzovanı (şərtidir) zorla, yəni qızın razılığı olmadan həmyerlisi 1986-ci il təvəllüdlü Ruhid İslamov qaçırıb.
Hadisə Bakı şəhərində qeydə alınıb.
Dərhal aparılan əməliyyat-axtarış nəticəsində müəyyən olunub ki, R.İslamov idarə etdiyi "Hyundai" markalı avtomobillə qızı Bakıdan Sumqayıt istiqamətinə aparıb. R.İslamovun avtomobili "Ekologiya postu"nda saxlanılıb. Qız xilas edilərək ailəsinə təhvil verilib, R.İslamov isə Abşeron Rayon Polis İdarəsinə aparılıb.
Onun barəsində Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb.
Xəbəri paylaş
6308 dəfə oxunub.
Digər xəbərlər

25-05-2016, 15:05
Tanışını öldürən şəxsə AĞIR CƏZA
14-07-2021, 11:43
Onlayn şəkildə qurbanlıq almaq istəyənlərin NƏZƏRİNƏ!
25-02-2017, 14:44
Diktatorun qardaşını öldürənlər masaj salonunda işləyiblərmiş - FOTO
28-11-2021, 13:13
Ərdoğan Zəngəzur dəhlizinin əhəmiyyətindən DANIŞDI
9-01-2019, 14:06
Yağış yağacaq,güclü külək əsəcək
8-10-2016, 14:17
''Wikileaks''-dən Hillari Klintona zərbə - Məxfi məlumatlar yayıldı
26-05-2015, 19:17
Azərbaycanda mobil telefon nömrələrinin sayı açıqlanıb
27-04-2016, 12:21
Türkiyə müharibəyə başlayır - VİDEO
16-01-2017, 12:04
Bakıda "Trump Tower"in adı sökülür - FOTO