Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İki boksçumuz dünya çempionatında 1/8 finala yüksəldi
Tarix: 16-09-2019 | Saat: 08:29
Bölmə:Bütün xəbərlər / Karusel / Gündəm / Dünya / İdman / M2 | çapa göndər

İki boksçumuz dünya çempionatında 1/8 finala yüksəldi
Rusiyanın Yekaterinburq şəhərində kişi boksçular arasında dünya çempionatı davam edir. 
"Xeberaz.Az"-ın məlumatına görə, mundialın yeddinci günündə Azərbaycan millisinin 3 boksçusu qüvvəsini sınayıb. Onlardan ikisi mərhələ adlayıb, biri yarışla vidalaşıb. 
Yığma üzvlərindən Tayfur Əliyev 1/16 final çərçivəsində ilk mərhələdən azad olan türkmənistanlı Yazmurat Qurbanovla qarşılaşıb. 57 kq çəkidə aparan boksçu Tiaqo Puqnonun (İsveçrə) ardınca bu rəqibini də dünya çempionatından kənarlaşdırıb. O, yenə 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:25) hesablı qələbə qazanıb. 
T. Əliyev 1/8 finalda ingiltərəli Peter Makqraillə qarşılaşacaq. 
Avropa Oyunlarının qalibi Dominqes Alfonso (81 kq) da günü qalib kimi başa vurub. İlk görüşdən azad olan boksçu 1/16 finalda Qazimaqomed Calidovla (İspaniya) üz-üzə gəlib. Gərgin keçən döyüşdə təmsilçimiz rəqibini 3:2 (30:27, 28:29, 28:29, 29:28, 29:28) hesabı ilə məğlub edib. 
O, 1/8 final döyüşündə avstriyalı Umar Cambekovla münasibətinə aydınlıq gətirəcək. 
Hər iki görüş sentyabrın 17-də olacaq. 
Bu boksçulardan fərqli, İsmayıl Yaqubov (91 kq) məğlubiyyətə üzülüb. O, Ukrayna təmsilçisinə 1:4 (30:27, 28:29, 28:29, 28:29, 28:29) hesabı ilə məğlub olub. 
Qeyd edək ki, daha öncə Məsud Yusifzadə (52 kq) də 1/8 finala yüksəlib. 


Xəbəri paylaş

5468 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___