Azərbaycanda yeni dərs ili başladı
Tarix: 16-09-2019 | Saat: 09:26
Bölmə:Bütün xəbərlər / M / Karusel / Gündəm / Təhsil | çapa göndər
Azərbaycanda yeni dərs ili başlayıb.
"Xeberaz.Az" xəbər verir ki, bu gün ölkənin bütün məktəblərində ilk dərs günüdür.
2019-2020-ci tədris ilinin əvvəlinə olan proqnoz göstəricilərinə əsasən, yeni tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 525 016 şagird təhsil alacaq.Şagirdlərdən 714 259-u qız, 810 757-si isə oğlandır. Ümumtəhsil məktəblərinin I sinfində 164 234, IX sinfində 122 043, XI sinfində isə 82 782 şagirdin təhsil alacağı proqnozlaşdırılır.
Hazırda respublikada 322 ibtidai məktəb, 3 307 tam orta məktəb, 795 ümumi orta məktəb, 16 xüsusi tipli ümumi orta məktəb və 7 əyani-qiyabi (axşam) tam orta məktəb, o cümlədən 59 məktəb-lisey, 49 lisey, 15 gimnaziya və 14 inteqrasiya təlimli internat tipli gimnaziya olmaqla, ümumilikdə 4 447 məktəb fəaliyyət göstərir.
Yeni tədris ilinin əvvəlində Təhsil Nazirliyi tərəfindən təmir-tikinti işləri yekunlaşdırılmış 43 məktəb binası şagirdlərin istifadəsinə veriləcək. Onlardan 20-si yeni tikilən, 8-i əsaslı təmir olunan, 15-i isə modul tipli məktəbdir. 2019-cu ildə ümumilikdə respublika üzrə 25 yeni məktəb binasının tikintisi, 9 məktəbin əsaslı, 253 məktəbin cari təmiri, 24 rayonda isə 3520 şagird yerlik 50 modul tipli məktəbin istifadəyə verilməsi nəzərdə tutulur.
2019-2020-ci tədris ilinə dövlət ümumtəhsil müəssisələrinin I-XI sinifləri üçün 322 adda 5668865 nüsxə dərslik və metodik vəsait çap edilib.
2019-2020-ci tədris ilində 108074 uşağın ümumtəhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında təhsil alacağı proqnozlaşdırılır. Dövlət ümumtəhsil müəssisələrinin məktəbəhazırlıq qrupları üçün 3 adda 168148 dərslik və metodik vəsait çap edilib.
Xəbəri paylaş
5058 dəfə oxunub.
Digər xəbərlər

13-08-2016, 16:22
Bakıda "Mercedes" qızı belə VURDU - VİDEO
27-02-2022, 12:00
Arıqlamaq istəyənlər saat 6-dan sonra bunu yesin
29-07-2016, 14:02
Sabah Bakıda havanın temperaturu yüksələcək
13-06-2020, 13:24
Rəhim Qazıyevə xəsarət yetirən şəxsin kimliyi bəlli oldu
5-10-2016, 02:43
310 saylı Tam Orta Məktəb uğurlarını artırır
28-08-2018, 11:46
Elza Seyidcahanı bir də belə görün - Fotolar
1-09-2015, 20:36
Müdafiə Nazirliyi: Yaralı qadınlarımıza görə qisas alacağıq
13-04-2015, 23:26
Hamiləlikdə seks körpəyə zərərlidirmi?
13-12-2016, 15:44
Zabrat gölü daşdı: Evləri su basıb-FOTOLAR