Qarabağda ssenari təkrarlanır: hazır olun - Erməni politoloq
Tarix: 08-10-2019 | Saat: 14:26
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Xəbəraz-ın debatı / Qarabağdan xəbər var | çapa göndər
Onun sözlərinə görə, bütün bunları həmçinin digər bir inqilabçı – Mao Tszedun da edib. O, hunveybin (qırmızı qvardiyaçılar) və zaofanlardan istifadə edib. Onlar Maonun mədəni inqilabının mühafizəçiləri olublar.
“Hunveybinlər hakimiyyətin fikirlərini bölüşməyənlərin ofislərinə hücum edən xuliqan dəstələri olub. Bundan əlavə polisin laqeyd nəzərləri altında onlar əks-inqilabın qarşısını almaq və “mədəni inqilabı” həyata keçirmək üçün qətllər təşkil edirdilər. Reallıqda isə bu dəstələr sadəcə Maonun hakimiyyətini möhkəmləndirirdilər. Hunveybinlərin qanunsuz istifadəsindən sonra Mao onları sadəcə məhv etdi, bir vaxtlar zombiyə çevrilmiş bu qrupa qarşı Çin ordusunu qoydu”, - Tevanyan bildirib.
“İndi də bizim doğma inqilabçımız qanunsuz əməllər törədilməsi üçün öz xuliqanlarını göndərir. Bunun 2 anlamı var: 1. Paşinyan artıq onu müdafiə edən kütləyə sahib deyil və yerli “hunveybinlər”ə güvənməyə məcburdur. 2. Erməni xalqı ötən əsrin 90-cı illərində olduğu kimi qanunsuzluqlarla dolu vaxtlara qayıdır. Bütün bunlardan belə çıxır ki, 90-cı illərin ssenarisi Qarabağ məsələsində də təkrarlana bilər. Hər şeyə hazır olmalıyıq”, - erməni politoloq yazıb.
Xəbəri paylaş
7218 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 08-10-2019 | Saat: 14:26
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Xəbəraz-ın debatı / Qarabağdan xəbər var | çapa göndər
Nikol Paşinyanın siyasi maraqlarına xidmət etmək naminə qanun pozanlar bilməlidir ki, Hitlerin SA hücum qruplarını istifadə edib məhv etdiyi kimi, onlar da atılacaq və ya məhv ediləcəklər.
"Xeberaz.Az" xəbər verir ki, bu sözləri erməni politoloq Andranik Tevanyan Feysbuk hesabında yazıb.Onun sözlərinə görə, bütün bunları həmçinin digər bir inqilabçı – Mao Tszedun da edib. O, hunveybin (qırmızı qvardiyaçılar) və zaofanlardan istifadə edib. Onlar Maonun mədəni inqilabının mühafizəçiləri olublar.
“Hunveybinlər hakimiyyətin fikirlərini bölüşməyənlərin ofislərinə hücum edən xuliqan dəstələri olub. Bundan əlavə polisin laqeyd nəzərləri altında onlar əks-inqilabın qarşısını almaq və “mədəni inqilabı” həyata keçirmək üçün qətllər təşkil edirdilər. Reallıqda isə bu dəstələr sadəcə Maonun hakimiyyətini möhkəmləndirirdilər. Hunveybinlərin qanunsuz istifadəsindən sonra Mao onları sadəcə məhv etdi, bir vaxtlar zombiyə çevrilmiş bu qrupa qarşı Çin ordusunu qoydu”, - Tevanyan bildirib.
“İndi də bizim doğma inqilabçımız qanunsuz əməllər törədilməsi üçün öz xuliqanlarını göndərir. Bunun 2 anlamı var: 1. Paşinyan artıq onu müdafiə edən kütləyə sahib deyil və yerli “hunveybinlər”ə güvənməyə məcburdur. 2. Erməni xalqı ötən əsrin 90-cı illərində olduğu kimi qanunsuzluqlarla dolu vaxtlara qayıdır. Bütün bunlardan belə çıxır ki, 90-cı illərin ssenarisi Qarabağ məsələsində də təkrarlana bilər. Hər şeyə hazır olmalıyıq”, - erməni politoloq yazıb.
Xəbəri paylaş
Digər xəbərlər
22-04-2017, 11:09
Məşhur serialın bitməyinə 8 seriya qaldı - VİDEO
16-09-2016, 10:19
Bakıda iki uşaq atası özünü turnikdən asdı
1-01-2020, 12:48
Əlilliyin müəyyən olunmasının yeni meyarları qüvvəyə mindi
7-01-2018, 11:41
Naxçıvandan Məşhədə yenidən qatar gedəcək
5-01-2023, 14:49
Ağzının böyüklüyünə görə “Ginnesin Rekordlar Kitabı”na düşdü - FOTO
8-04-2021, 12:15
Tanınmış aparıcı xəstəxanaya yerləşdirildi
10-05-2016, 07:00
Hökumət banklara yardım edəcək
8-02-2019, 14:20
"Barselona" Messinin gedişinə hazır olmalıdır" - Bartomeu