"Heç bir pataloji hal aşkar edilməyib" - DİN rəsmisindən Tofiq Yaqublu AÇIQLAMASI
Tarix: 21-10-2019 | Saat: 19:50
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm | çapa göndər
“Hazırda inzibati həbsdə olan Tofiq Yaqublu özünü pis hiss etməsi və həkimə ehtiyacı olması ilə bağlı müraciət edib”.
"Xeberaz.Az" xəbər verir ki, bunu Tofiq Yaqublunun vəkili Nemət Kərimlinin onun vəziyyəti ilə bağlı sosial şəbəkələrdə verdiyi açıqlamaya dair apa-nın sorğusuna cavabında Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib. O qeyd edib ki, mövcud təlimatın tələblərinə görə, inzibati həbsdə olan və həkimin köməyinə ehtiyacı olan şəxslər Daxili İşlər Nazirliyinin Hospitalına aparılır və orada müayinədən keçirilirlər:
“Bu gün Tofiq Yaqublu da özünü yaxşı hiss etməməsi, ağrılarının olması ilə bağlı müraciət edib. Ona görə də o, DİN-in Hospitalına aparılıb. T. Yaqublu orada bütün müvafiq müayinələrdən keçirilib, onda heç bir patoloji hal aşkar edilməyib. Bütün müayinələrin protokolları ona təqdim olunub, özü də imzalayıb. Müayinələrdən sonra Tofiq Yaqublu yenidən inzibati həbs yerinə qaytarılıb”.
Ehsan Zahidov bildirib ki, Tofiq Yaqublu DİN-in Hospitalındakı həkimlərin müayinəsinə inanmasa, inzibati həbsi başa çatandan sonra istənilən xəstəxanaya gedib yenidən müayinələrdən keçə bilər.
Xəbəri paylaş
6898 dəfə oxunub.
Digər xəbərlər

26-08-2015, 15:56
İradə İbrahimova qorxur
19-06-2015, 12:59
Ermənistanı beş yerə bölürlər
14-02-2018, 18:14
Azərbaycanın nə qədər borcu var?
14-12-2016, 22:04
“Qaçqınkom” deputatın qalmaqallı təklifini qəbul etdi
31-10-2016, 15:15
Netanyahu Azərbaycana gələcək
26-11-2016, 15:57
Toy günü bədbəxt hadisə: "Onu görüm evi yansın" - FOTO
21-02-2017, 19:21
Türkiyədə evlilik verilişinə qatılan Naza maraqlı jest edildi (VİDEO)
7-10-2018, 11:19
"Seks, narkotiklər, 69". Ana 3 yaşlı qızı üçün gödəkçə aldı, üzərindəki yazılar onu şoka saldı - FOTO