“Fazil Mustafa, Milli Məclis “selfie” çəkmək yeri deyil” - Ziyafət Əsgərov əsəbləşdi
Tarix: 22-10-2019 | Saat: 14:30
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Reportaj | çapa göndər
“Təəssüf edirəm ki, bəzi həmkarlarımız oturduğu budağı laxladır. Deputat Fazil Mustafa saytlardan birinə müsahibəsində deyib ki, parlamentdə sosial şəbəkədə olan paylaşımlarımızı məhdudlaşdırırlar. Hörmətli deputatlar, plenar iclas zamanı bizi 8 kamera çəkir, danışıqlarınız bu kameralar tərəfindən fiksə olunur. İstənilən insan çıxışını alıb, paylaşa bilər. Buna heç bir məhdudiyyət yoxdur”.
"Xeberaz.az"-ın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.
Z.Əsgərov qeyd edib ki, Milli Məclis ciddi orqandır: “Fazil Mustafa, Siz burada “selfie”, foto çəkdirib özünüzü reklam etdirmək istəyirsinizsə, öz işinizdir. Bunu Milli Məclis rəhbərliyinin adına yazmayın. Bura “selfie” çəkmək yeri deyil, ciddi orqandır, burada qanunlar yaradılır. O, sonra da deyir ki, iqtidar tənqidlərə dözümlü yanaşmalıdır. Razıyam, amma tənqidə... Böhtana, təhqirə, yalana, şərə deyil. Fazil Mustafa deyir ki, müxalifət iqtidarı lap ağır tənqid etsə də, buna dözümlü yanaşın. Bəyəm iqtidarın cavab vermək hüququ yoxdur? Belə çıxır ki, müxalifət iqtidara şər-böhtan ata bilər, amma iqtidarın cavab vermək hüququ yoxdur... Bu artıq, qeyri-demokratik olur. Sən deyirsən, mən də cavabını verməliyəm. Fazil Mustafa televiyalarda çıxışlar edir, sosial şəbəkələrdə yazılar yazır, onun fəaliyyətini kim məhdudlaşdırır ki?”.
Xəbəri paylaş
5878 dəfə oxunub.
Digər xəbərlər

30-03-2016, 12:08
Rusiyadan Azərbaycana gələnlərin sayında – ARTIM
10-04-2022, 10:25
Xaricdə təhsil dərdi: Bu şəxslərin diplomu Bakıda niyə tanınmır? - VİDEO
28-12-2016, 19:08
"Xalqı təhqir edən deputat mənim torpağımı mənimsəyib" - Əməkdar artist
23-11-2021, 08:46
Roza Zərgərli: "Ceniferdə sünidir, məndə isə anadangəlmə..."
19-07-2016, 09:04
Dünya liderlərinin son sözləri
27-12-2022, 09:03
Cənubi Koreyada “beyin yeyən” parazitlə ilk yoluxma halı qeydə alınıb
21-06-2021, 10:38
Azərbaycanda növbəti yumşalmaların vaxtı AÇIQLANDI - VİDEO
31-01-2019, 18:00
Dollar qalxacaq?-Elman Rüstəmovdan açıqlama
11-10-2017, 18:09
Təhsil Nazirliyi Rəhiməni təbrik etdi – FOTO