Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Stomatoloqu öldürüb quyuya atdılar - Dəhşətli qətlin TƏFƏRRÜATLARI - VİDEO
Tarix: 05-11-2019 | Saat: 12:59
Bölmə:Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / Foto-fakt / Araşdırma | çapa göndər

Stomatoloqu öldürüb quyuya atdılar -  Dəhşətli qətlin TƏFƏRRÜATLARI - VİDEO

Bakının Türkan qəsəbəsində, Bağlar massivində baxımsız bağ evinin həyətindəki su quyusunda çürüməyə məruz qalan kişi meyiti aşkar olunub. Meyitin su quyusunda olmasını istintaqçılara Binəqədi rayon sakini Səbuhi Telman oğlu Ələkbərov deyib. Etiraf edib ki, bacanağı Rəşadla birgə qonşusu olan 1987-ci il təvəllüdlü Elvin Nazim oğlu Həbibzadəni qətlə yetiriblər. Meyiti isə özünün ana babasının Türkanda yerləşən bağındakı su quyusuna atıb, üstünə qayma daşlar tullayıblar.

"Xeberaz.Az" xəbər verir ki, amansız qətlin motivi haqda “Yeni Müsavat”a mərhum Elvin Həbibzadənin atası Nazim Həbibov danışıb. Deyib ki, cinayət tamah məqsədilə törədilib, sonradan isə motivin gizlədilməsinə yönəlik addımlar atılıb, ifadələr verilib.

Onun sözlərinə görə, cinayətdən sonra baş verənlər belə nəticəyə gəlməyə əsas verir:



“Elvin oktyabrın 13-də həyat yoldaşı ilə əlaqə saxlayıb, evə nə lazım olmasını xəbər alıb. Deyib ki, az sonra gələcək. Oğlum evə zəng eləyəndə axşam 11 radələri olub. Elvin stomatoloq idi, gününün çox hissəsi özünün şəxsi kabinetində keçirdi. Qazancı da yaxşı idi. Həmin gün də Elvin zəng edəndə yoldaşı telefonla ona evə nə lazımdır deyib, sonra da yuxulayıb. Bir də səhər ayılıb ki, Elvin evə gəlməyib. Bizə bu haqda məlumat verəndən sonra Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinə də xəbər veriblər. Bölmədə Elvinin dostlarını araşdırdılar, qonşu Səbuhini də çağırmışdılar. Səbuhi demişdi ki, həmin gün Elvinlə bir yerdə olublar. Elvin onu çağırıb, deyib ki, gəl mənimlə gedək. Elvinin maşınında birgə Sahil qəsəbəsinə gediblər. Orada körpünün üstündə Qaqo adlı şəxs də maşına minib. Səbuhi deyirdi ki, Qaqo Elvinin tanışı olub. Sahil qəsəbəsindən Qala qəsəbəsinə gediblər, oradan da gecə yarısı qayıdıb onu Binəqədidəki daş bazarının yanında maşından düşürüblər, özləri də harasa gediblər”.

Səbuhi Ələkbərovun sözlərinə görə, bütün bu səyahət zamanı onun tanımadığı Qaqo ilə Elvin söhbət edib, həmin vaxt da özü arxa oturacaqda yatıbmış. Amma istintaqçılar ona inanmayıblar.

“Səbuhi Elvin itkin düşdüyü 10 gün ərzində yanıma düşüb mənimlə birgə onu axtarırdı. Qaqonu tanımadığını dönə-dönə deyirdi. Səbuhi deyirdi ki, mən Gürcüstanda iş tapmışam. Məni tez-tez polisə çağırırlar deyə zorla tapdığım işin dalınca da gedə bilmirəm. Mən də polisə deyirdim ki, bununla nə işiniz var, buraxın getsin. 1-2 dəfə çağırıb dindirmisiz, daha onu çağırmayın, qoy işi ilə məşğul olsun. Həmin günlərdə Səbuhi ailəsini də götürüb Gürcüstana getmək istədi. Sərhəddə bilindi ki, ölkədən çıxışına qadağa var, geri qaytardılar. O, yenə də nə baş verdiyini demirdi. Bizlər də hər gün Elvini axtarırdıq. Səbuhi də deyirdi ki, Elvini tanımırsız, gələcək də. Nə düşüb onu axtarırsız” - mərhumun atası deyir.

Məsələnin üstü Elvin Həbibzadəyə məxsus “BMW” markalı maşının aşkarlanmasından sonra açılıb. Atası bildirir ki, oğlu itkin düşəndən sonra onun maşını da yoxa çıxıb. Polis kameralar vasitəsilə maşının harada olmasını müəyyən edə bilməyib. Belə qənaətə gəliblər ki, maşının nömrə nişanları saxta nömrə nişanları ilə əvəzlənib. Ona görə də Elvin Həbibzadəyə məxsus “BMW” markalı maşını Az 10 VP 103 nömrə nişanı ilə kameralarla müəyyən etmək olmur:

“Qara rəngli bütün oxşar ”BMW"lərin hərəkət trayektoriyasını yoxladılar. Digər oğlum Elçinə xəbər verildi ki, oxşar “BMW” Qızıldaş qəsəbəsi istiqamətinə gedib. Elçin də Qızıldaşa getmişdi, mərkəzə yaxın yerdə olan təmir sexinin qarşısında Elvinin maşınını aşkarlamışdı. Maşının üzərində saxta nömrə nişanları olmuşdu. Maşının mühərrik hissəsi isti olduğundan Elçin başa düşmüşdü ki, maşını az əvvəl həmin ərazidə saxlayıblar. Təmir sexində çalışan usta demişdi ki, maşın Rəşad adlı bir şəxsə məxsusdur, maşını onun yanına söküb satmaq üçün gətirib. Elçin bizə bu haqda məlumat verəndən sonra ora yollandıq. İstintaqçılara da bu barədə xəbər verdik. Biz ora çatanda Rəşadı sexə çağırdılar, maşını kimdən aldığını soruşdular. Dedi ki, guya Sahil qəsəbəsində körpünün üstündə dayanıbmış, həmin vaxt yanında bir maşın saxlayıb, sürücü maşını təcili satdığını deyib. 4 min manata razılaşıblar, o da maşını alıb. Maşının real bazar qiyməti 15-16 min manat idi. Rəşadı sorğu-sual etmək üçün bölməyə gətirdilər. O da bölmədən qaçdı. Sonra yenə də tutub gətirdilər. Səbuhi də dedi ki, Rəşad onun bacanağıdır. Məlum oldu ki, Qaqo dediyi şəxs elə Rəşaddır".



Nazim Həbibovun sözlərinə görə, bundan sonra işin üstü açılıb: “Məlum oldu ki, hadisə olan gün Səbuhi Elvindən xahiş edib ki, onu Sahil qəsəbəsinə aparsın. Elvin də aparıb. Orada körpünün üstündə maşına bacanağı Rəşad minib və vəhşicəsinə Elvini öldürüblər. Oğlumun boğazına qayçı ilə zərbə vurublar, müqavimət göstərəndə bıçaqla xəsarətlər yetiriblər. Cinayət Sahil qəsəbəsində baş verib. Meyiti gizlətmək üçün Türkana, Səbuhinin ana babasının baxımsız bağına aparıblar. Orada 30 metr dərinliyi olan su quyusuna atıblar. Əllərinə düşən qayma daşları da üstünə atıblar. Elvinin meyitini oktyabrın 25-də quyudan Fövqəladə Hallar Nazirliyinin xüsusi qrupu çıxardı”.

Nazim Həbibov deyir ki, amansız qətllə bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 maddəsi ilə cinayət işi istintaq olunur: “Səbuhi ifadə verib ki, guya oğlumu namus məsələsi üstündə qətlə yetiriblər. Guya oğlum onun həyat yoldaşına təkliflər edib. Əslində isə bu, yalandır. Oğlumu tamah məqsədilə öldürüblər. Bunu onun maşınının sökülüb satılması, oğlumun üzərindən pullarının götürülməsi də sübut edir. Bir şəxsi namus üstündə öldürürlərsə, onun maşınını, pulunu niyə götürürlər? Bu cinayət həm də əvvəlcədən planlaşdırılıb, Elvinin maşınının üzərinə saxta nömrə nişanı vurulması, maşının Qızıldaşa aparılıb orada sökülüb satılmasına yönəlik addımlar atılması da bunu sübut edir”.






Xəbəri paylaş

1 0558 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___