ADU-da Dövlət Bayrağı gününə həsr olunan tədbir keçirildi - FOTO
Tarix: 07-11-2019 | Saat: 17:38
Bölmə:Bütün xəbərlər / M / Karusel / Gündəm / Təhsil / M2 | çapa göndər
Bu gün Azərbaycan Dillər Universitetinin (ADU) YAP Gənclər Birliyi və Azərbaycanşünaslıq Elmi-tədqiqat laboratoriyasının (ETL) birgə təşkilatçılığı ilə Dövlət Bayrağı gününə həsr olunan “Üçrəngli bayrağımız and yerimizdir” adlı tədbir keçirilib.
"Xeberaz.Az" tədbirdə Azərbaycan Respublikasının üçrəngli bayrağı haqqında videoçarx nümayiş olunub.
ADU-nun rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla iştirakçıları Dövlət Bayrağı günü münasibətilə təbrik edib: “Bugünkü tədbir son dərəcə vacibdir. Hər ölkənin, hər xalqın həyatında elə simvollar var ki, insanlar o simvolların uğrunda ölümə gediblər. O simvollardan ən vacibi bayraqdır. Bayraq ölkənin adına çevrilir. Ulu öndərin Naxçıvanda qaldırdığı üçrəngli bayraq bu gün də Azərbaycanın üzərində vüqarla dalğalanır. Məmməd Əmin Rəsulzadə demokratik respublika dövründə demişdi ki, bir daha yüksələn bayraq bir daha enməz. Zaman göstərdi ki, enə də bilərmiş. Amma zaman onu da göstərdi ki, o, bir daha da qalxa bilərmiş. Bunu Heydər Əliyev bacardı. Bu gün Azərbaycan çox böyük siyasi cəsarətlə, iradə ilə inkişaf edir. Bu gün Azərbaycanın Prezidenti ölkənin mənafeyini göz bəbəyi kimi qoruyur. Bayrağa hörmət, məhəbbət hamımızın vətəndaşlıq, övladlıq, insanlıq borcumuzdur. Himn, bayraq, prezident – bu üç simvol xalqın müstəqillik, inkişaf yolunda ən dəyərli simvollarıdır. İnanıram ki, universitetimizin tələbələri, müəllimləri bayraq anlayışına öz şəxsi maraqlarından deyil, ictimai mənafedən yanaşacaqlar. Universitet olaraq bizim mücadiləmiz auditoriyalarda, kitabxanalarda, dərs otaqlarında, konfranslarda, seminarlarda gedir. O mücadilə bu gün bizi həm düşmənlərimizə qarşı daha möhkəm edir, həm də dostlarımızın yanında möhkəm edir. Bu işdə hamınıza uğurlar arzu edirəm. Yaşasın Azərbaycan bayrağı!”
Tədbirdə Təhsil-2 fakültəsinin tələbələri İlahə Mehdiyeva “Azərbaycan bayrağının keçdiyi tarixi yol” mövzusunda çıxış edib, Zeynəb Əliyeva “Sənə mənim gözümlə baxmayanın, məzarını qazacağam!” adlı şeiri söyləyib. Filologiya fakültəsinin tələbəsi Kəmalə Həsənova “Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli bayraq”, Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin tələbələri Güllü Səfərova və Əhməd Əliyev “Azərbaycan Respublikasının üçrəngli bayrağı” haqqında danışıblar.
Xəbəri paylaş
5628 dəfə oxunub.
Digər xəbərlər

17-12-2016, 23:42
Putinin 24 il öncəki tarixi şəkli yayıldı - Foto
23-08-2016, 09:40
Türkiyə İŞİD-i raket atəşinə tutdu — SON DƏQİQƏ
21-07-2016, 13:50
Bu sözlərin mənasını bilirsinizmi? - Professor
9-07-2017, 21:40
Şamaxıda qəza: sürücü və 3 bacı xəsarət aldı
7-02-2017, 10:39
Mübariz İbrahimovun doğum günüdür
21-04-2015, 14:34
Binəqədi rayonunda qıza qarşı soyğunçuluq edən iki gənc saxlanıldı
23-02-2017, 17:42
Uçqun altında qalan körpə Elcan həkimlərin əlində - AZƏRBAYCANDA FİLM KİMİ XİLAS ƏMƏLİYYATI
30-11-2016, 16:14
Bakıda qadın polis qəza törətdi: yaralılar var
11-07-2021, 16:29
Tik Tok bu videoları avtomatik siləcək